2-metrlik teleskop və ya Şamaxı Astrofizika Rəsədxanasının 2 m-lik teleskopu
Teleskop Zeiss-2000 reflektoru “Carl Zeiss Jena” (Almaniya) firmasının istehsalıdır. 1964-cü ildə rəsədxanaya gətirilib və 1966-cı ildə istifadəyə verilmişdir. Coğrafi koordinatları: λ=48° 35' 50ʺE, φ=40° 46' 51ʺN. Teleskop dəniz səviyyəsindən 1435 m hündürlükdə qurulmuşdur. Kupolun və binanın xarici üst qatı temperatur izolyasiyası üçün alüminium lövhələrlə örtülmüşdür[1]
Almaniyanın “Carl Zeiss JENA” firmasının istehsalıdır və 1966-cı ildə istifadəyə verilmişdir. Əsas güzgü parabolikdir, diametri 2080 mm, fokus məsafəsi 9000 mm-dir.
2-metrlik teleskop 3 müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulmuşdur:
• Baş fokus. İşıq qüvvəsi-1:4.5. Fokal səthdə miqyas 23″/mm. Cihazları: fotoqrafik müşahidələr üçün korrektor tədbiq etməklə faydalı sahəsi 21′x21′ olan baş fokus kasset qurğusu, zəif obyektlərin spektrlərinin alınması üçün istifadə olunan 2 difraksiya qəfəsi və 3 kamera ilə təchiz olunmuş baş fokus spektroqrafı;
• Kasseqren fokusu. Ekvivalent fokus məsafəsi 29500 mm. İşıq qüvvəsi -1:14.5. Miqyas 7″/mm. Cihazları: zəif ulduzların spektrlərini almaq üçün ölçüləri 1024x1536 piksel olan CCD ilə təmin olunmuş, dispersiyası Hγ yanında 90 və 180 Å/mm olan 2x2 prizmalı spektroqraf. Ulduzların kəmiyyət baxımından spektral analizi üçün dispersiyası 29, 44, 86, 196 Å/mm olan klassik difraksiya qəfəsli (UAGS) spektroqraf. Kasseqren fokusunda zəif ulduzların yüksək ayırdetməli spektrlərinin alınması üçün ayırdetmə qabiliyyətləri 15000 və 25000 olan və 530x580 piksel ölçülü CCD matris (azotla soyutma) ilə təchiz olunmuş 2 kameralı (F=150mm, F=250mm) Kasseqren-Eşelle spektroqrafı. Fotometriya üçün faydalı sahəsi 4′x4′ olan 3056x3056 piksel ölçülü CCD matris (termoelektron soyutma) və beynəlxalq filtr dəsti ilə təchiz olunmuş kasset qurğusu.
• Kude fokusu. Ekvivalent fokus məsafəsi -72 000 mm. İşıq qüvvəsi-1:36. Miqyas – 3″/mm. Cihazları: ayırdetmə qabiliyyəti R=30 000 olan Eşelle-spektroqraf, 63.5° -lik Eşelle-qəfəslə ayırdetmə qabiliyyəti R=95000 və 190000, 80°-lik Eşelle qəfəslə R=260000 və R=530000 olan, 4000x4000 piksel CCD ilə təmin olunmuş ifrat yüksək ayırdetməli 3-kameralı (F=350mm, F=700mm, F=1400mm), 2 Eşelle qəfəsli (γ=63.5°, γ=80°) universal Kude-Eşelle spektroqraf.
• İşıq qəbulediciləri: 1. Ölçüləri 530x580 piksel (1pix=18x24 mik.) olan maye azotla soyudulan CCD kamera. 2. Ölçüləri 4000x4000 piksel (1 pix=15 mik.) olan maye azotla soyudulan CCD kamera.3. Elektron soyudulan, ölçüləri 3056x3056 piksel (1pix=12 mik.) olan CCD kamera. 4. Elektron soyudulan, ölçüləri 1024x1536 piksel (1pix=9 mik.) olan CCD kamera.[2]
Teleskop qurğusu (Montirovka): alman, ekvatorial
Koordinat sistemi: 2-ci ekvatorial (α-düz doğuş, δ-meyl)
Teleskopun çəkisi: 85 t.
Kupolun diametri: 20 m.
Kupolun yarığının eni: 5 m
Kupolun çəkisi: 195 t
Binanın hündürlüyü: 29 m.
Tam diametri: 2080 mm
Effektiv diametri: 2000 mm
Fokus məsafəsi: 9 m.
Tipi: paraboloid
Çəkisi: 2340 kg
Qalınlığı: 300 mm
Ortasındakı dəliyin diametri: 200 mm
Diametri: 580 mm
Kasseqren güzgüsünün fokus məsafəsi: -3600 mm
Kude güzgüsünün fokus məsafəsi: -2850 mm
Çəkisi: 100 kg
Tipi: qabarıq hiperbolik
2-metrlik teleskopun əsas borusuna dimetral əks tərəflərdə 1 cüt Axtarıcı (obyektivin diametri -110 mm, fokus məsafəsi -1130 mm, görüş sahəsi-1°) və 1 cüt Bələdçi teleskoplar (obyektivin diametri–300 mm, focus məsafəsi–7500 mm, görüş sahəsi – 15') bərkidilmişdir.
2 m-lik teleskop üç müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulmuşdur:
1. Baş fokus. Fokus məsafəsi F=9 m, fokal nisbət – f/4.5, faydalı görüş sahəsi 6'x6', zəif obyektlərin spektrlərinin alınması üçün nəzərdə tutulmuşdur. Korreksiya linzalarının köməyi ilə faydalı görüş sahəsini 21'x21'–yə qədər artırmaq olur və Baş fokusda səma cisimlərinin birbaşa fotoqrafiyası üçün nəzərdə tutulmuşdur. Fokal səthdə miqyas 23ʺ/mm.
2. Kasseqren fokusu. Effektiv fokus məsafəsi F=29.5 m, fokal nisbət- f/14.75, faydalı görüş sahəsi 7'x7', fokal səthdə miqyas 7ʺ/mm.
3. Kude fokusu. Effektiv fokus məsafəsi F=72 m. fokal nisbət – f/36, faydalı görüş sahəsi 3'x3', fokal səthdə miqyas 2,8ʺ/mm.
1- baş parabolik güzgü: effektiv diametri D= 2 m, fokus məsafəsi F = 9 m;
2,3 – kasseqren və kude hiperbolik güzgüləri: diametri d =580 mm, fokus məsafəsi fkas = -3600 mm, fkude = -2850 mm;
4 - müstəvi güzgü: ölçüsü – 620x400 mm; 5 - müstəvi güzgü: diametri d=520 mm;
6 - müstəvi güzgü: diametri d=50 mm. S-ağırlıq mərkəzi, P- əks yük.
Azərbaycan Respublikasının Prezidentinin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi çərçivəsində 2012-2013-cü illərdə Çexiya Respublikasının “Project Soft” firması tərəfindən 2 m-lik teleskopun hidravlik, elektrik sistemləri yenidən qurulmuş və idarəetmə sistemi avtomatlaşdırılmışdır.
2013-cü il iyun ayında teleskopa texniki xidmətin ağır bir hissəsi, 2 m-lik güzgünün yenidən alüminiumlaşdırılması, rəsədxanada fəaliyyət göstərən B-240 vakuum qurğusunda uğurla həyata keçirilmişdir. Axırıncı dəfə güzgünün səth örtüyünün yenilənməsi 1978-ci ildə Karl Zeiss Jenada (Almaniya) yerinə yetirilmişdir.
Təkrar alüminiumlaşdırma 2 m-lik teleskopun optik sisteminin effektivliyini əhəmiyyətli dərəcədə yüksəltmişdir. İndi Kasseqren fokusunda 11m ulduz ölçüsünə qədər obyektlərin yüksək dispersiyalı (R=28000), 14m ulduz ölçüsünə qədər seyfert qalaktikaların Hγ yanında 94 Å /mm dispersiya ilə etibarlı CCD spektrlərini almaq mümkündür.[1]