2010 İslam Həmrəyliyi Oyunları

İslam Həmrəyliyi Oyunları — 2010-cu ildə keçiriliməsi nəzərdə tutulan idman oyunları. İdman oyunu baş tutmamış, təxirə salınmışdır. II İslam Həmrəyliyi Oyunlarının 2009-cu ilin oktyabrında Tehranda (İran) keçirilməsi planlaşdırılırdı. Lakin 2009-cu ilin mayında məlum oldu ki, Fars körfəzinin adı ilə bağlı mübahisə yarandığından İran onların keçirilməsini 2010-cu ilin aprel ayına qədər təxirə salmağa məcbur olub. Belə ki, oyunlar barədə çap məhsullarında "Fars körfəzi" sözunun işlədilməsindən sonra, Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb ölkələri bu ifadənin istifadəsinə etiraz ediblər. Onlar bunun əvəzinə “Ərəb körfəzi” və ya sadəcə “Körfəz” ifadəsinin işlədilməsini təkid edirdilər. Tərəflər razılığa gəlmədiyi üçün 2010-cu il yanvarın 17-də II İslam Həmrəyliyi Oyunlarının keçirilməyəcəyi açıqlandı.

2010 İslam Həmrəyliyi Oyunları

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]