2010 Qış Olimpiya Oyunları və ya rəsmi adı ilə XXI Qış Olimpiya Oyunları qış idman növləri üzrə fevralın 12-dən 28-nə gədər Kanadanın Vankuver şəhərində baş tutdu. Ümumi olaraq 82 dövlətin 2 632 idmançısı 7 müxtəlif idman növü üzrə 15 yarışda mübarizə apardı. Vankuver Olimpiadasında 86 medal dəsti uğrunda mübarizə getdi.[1]
Vankuver Olimpiadasında 26 ölkənin idmançıları ən azı bir medal qazandı, həmin ölkələrdən 19-u ən azı bir qızıl medal qazandı. Kanada ilk dəfə ev sahibi olduğu Olimpiya Oyunlarında qızıl medal qazandı; buna gədər Kanada 1976-cı ildə Monrealda və 1988-ci ildə Kalqaridə qızıl medal qazana bilmədi. Həmçinin Kanada idmançıları tarixində ilk dəfə medal sıralanmasında birinci yeri tutdu[2], bundan savayı Kanada Qış Olimpiya Oyunlarında ən çox qızıl medal qazanan ölkə oldu, (14). Buna gədər SSRİ 1976-cı ildə və Norveç 2002-ci ildə 13 qızıl medal qazandı.[3] Amerika Birləşmiş Ştatları isə Qış Olimpiya Oyunlarında ən çox medal qazanan ölkə olaraq yeni rekorda imza atdı, (37). Keçmiş rekord 2002-ci ildə Almaniya tərəfindən qeydə alındı, (36).[2] Belarus və Slovakiyanın idmançıları tarixində ilk dəfə olaraq Qış Olimpiya Oyunlarında qızıl medal qazandı.[4]
Norveç xizəkçisi Marit Börgen Vankuver Olimpiadasında ən çox medal qazanan idmançı oldu, beş medal (üç qızıl, bir gümüş və bir bürünc) və həmçinin Çinli şort-trekçi Van Men üç qızıl medal qazanaraq, ən çox qızıl medal qazanan idmançıdan biri oldu.
Vankuver Olimpiadasında kişilərin fərdi biatlon yarışlarında qızıl medal Norveç qazandı. Gümüş medal isə iki idmançıya təqdim olundu, Norveç və Belarus idmançılarına. Bürünc medal isə təqdim olunmadı.
* — ev sahibi (Kanada)
Kanada (CAN)* | |||||
Almaniya (GER) | |||||
Amerika Birləşmiş Ştatları (USA) | |||||
Norveç (NOR) | |||||
Cənubi Koreya (KOR) | |||||
İsveçrə (SUI) | |||||
Çin (CHN) | |||||
İsveç (SWE) | |||||
Avstriya (AUT) | |||||
Niderland (NED) | |||||
Rusiya (RUS) | |||||
Fransa (FRA) | |||||
Avstraliya (AUS) | |||||
Çex Respublikası (CZE) | |||||
Polşa (POL) | |||||
İtaliya (ITA) | |||||
Belarus (BLR) | |||||
Slovakiya (SVK) | |||||
Böyük Britaniya (GBR) | |||||
Yaponiya (JPN) | |||||
Sloveniya (SLO) | |||||
Xorvatiya (CRO) | |||||
Latviya (LAT) | |||||
Finlandiya (FIN) | |||||
Estoniya (EST) | |||||
Qazaxıstan (KAZ) | |||||
Körlinq yarışlarının mükafatçıları: Gümüş medalçı Kanada yığması, qızıl medalçı İsveç yığması bürünc medalçı Çin yığması
Skeleton yarışlarının mükafatçıları: Gümüş medalçı Kertsin Szimkoviak (Almaniya), qızıl medalçı Ami Villiams (Böyük Britaniya), Anja Huber (Almaniya)
Fiqurli konkisürmə yarışlarının Çinli mükafatçıları: Qızıl medalçı Şen Xue və Jao Hongbo, gümüş medalçsı Tong Jian və Pang Qing
Fiqurlu konkisürmə yarışlarının qızıl medalçısı Cənubi Koreyalı Kim Yu-Na