Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qırğızıstanda kütləvi iğtişaşlar başlayıb, bəzi vilayətlərdə hökumət binaları ələ keçirilib. Ölkənin rayonlarında da kütləvi etirazlar baş verib. Narın və Çuy vilayətlərinin, eləcə də Moskva rayon administrasiyasının binaları ələ keçirilib. Talas vilayət mərkəzində də etiraz aksiyasının keçirildiyi təhmin edilir.[1]
Qırğızıstanda yaranan qarşıdurmalarda həlak olanların sayı barədə hələ dəqiq məlumat yoxdur. Bununla bağlı müxtəlif versiyalar səsləndirilir. Müxalifət 100-ə yaxın insanın öldüyünü iddia edir. Yüzlərlə insanın isə yaralandığı bildirilir. Səhiyyə nazirliyin məlumatına görə, həlak olanların əksəriyyətinə odlu silahlardan atəş açılıb. Xatırladaq ki, dünən Qırğızıstanın baş naziri Daniyar Usenov istefaya gedib. Bununla da Qırğızıstan hökuməti fəaliyyətini dayandırıb. Müxalifət qüvvələri vəziyyətə nəzarəti ələ almağa çalışaraq keçmiş xarici işlər naziri Roza Otunbayeva başda olmaqla xalq etimadı hökumətini formalaşdırıb. Qırğızıstan müxalifətinin lideri, keçmiş Müdafiə naziri və ölkənin təhlükəsizlik şurasının katibi İsmayil İsakov nümayişçilərin tələbi ilə azadlığa buraxılıb. Məlumatlara görə ölkə milisi də yeni hökumətin tərəfinə keçdiyini bildirib. Qırğızıstanın "Ak Şumkar" partiyasını lideri Temir Sariyev deyib ki, Qırğızıstan xüsusi xidmət orqanına Keneşbek Duşebayev, DİN-ə isə Bolot Şerniyazov başçılıq edəcəklər. Onun sözlərinə görə, milli etimad hökumətində bütün postlar yaxın saatlarda bölüşdürüləcək. Yayılan məlumatlara görə dövlət başçısı Kurmanbek Bakiyev və müdafiə naziri Oş şəhərinə uçublar. Hazırda onların ölkə prezidentinin cənub iqamətgahında olduğu bildirilir.[2]
BMT baş katibi Pan Gi Mun Qırğızıstanda müxalifətlə hökumət qüvvələri arasında baş verən toqquşmalarda insanların həlak olmasından dəhşətə gəldiyini bildirib və tərəfləri qan tökülməsinə yol verməmək üçün təcili dialoqa çağırıb. Birləşmiş Ştatlar Qırğızıstanda baş verənlərdən narahatlığını ifadə edib. Amerikanın Qırğızıstanın Manas hava limanındakı hərbi bazası isə müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Rusiya prezidenti Qırğızıstandakı son hadisələri ölkənin daxili işi hesab edir. Qazaxıstan vətəndaşlarına Qırğızıstana getməyi qadağan edib.[2]