2011 Belarus etirazları


Belarusda 2011-ci ildə baş verən etirazlar, 1994-cü ildən bəri prezident olan indiki Belarus prezidenti Aleksandr Lukaşenkonun istefasını tələb edən nümayişçilər tərəfindən bir sıra dinc etirazlar idi.[1][2] Belarus avtoritar bir dövlətdir və 2011-ci ilin mayında prezidentliyə namizəd Andrey Sannikov 2010-cu il dekabr seçkilərində iştirak etdiyi üçün 5 il həbs cəzasına məhkum edildi. Lukaşenko, bu seçkidə təxminən 80% səslə qalib gəldiyini iddia edir.[3]

2011 Belarus etirazları
Tarix

23 May 2011 – 17 Avqust 2011

(2 ay, 3 həftə və 4 gün)
Yeri  Belarus
Səbəbi İqtisadi böhran, avtokratiya, Belarus rublunun devalvasiya
Nəticəsi Hal-hazırda aydın deyil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lukaşenko "Avropanın son diktatoru" kimi tanınır.[4] 29 iyun 2011-ci ildə yüzlərlə insan Belarusun paytaxtı Minskdə Aleksandr Lukaşenkonun hakimiyyətinə etiraz olaraq toplandı. Bu nümayişin baş tutmasına ilham verən Belarusda başlayan ağır iqtisadi böhran idi. Əvvəlki nümayişlərdən fərqli olaraq etirazçılar bu dəfə sadəcə alqışladılar. Çox keçmədi ki, insanları polis avtobuslarına mindirdilər və təxminən 40 nəfər tutuldu.

8 iyun etirazları

[redaktə | mənbəni redaktə et]
  • 8 iyun tarixində ilk aksiya keçirildi. Gecə saat 7-də Minsk şəhərinin mərkəzi Kastruçnitskaya meydanında, 400-ə yaxın insan, şəhərlərin əsas meydanlarına İnternetdə səssiz etiraz aksiyasında iştirak etmək üçün toplaşmaq müraciətinə cavab olaraq toplandı. Aksiyanın əvvəlində iştirakçılar meydanın əhəmiyyətli bir hissəsini tutaraq kiçik qruplarda nizamsız şəkildə dayandılar. Gecə saat 7:10-da iştirakçılar kortəbii şəkildə alqışlamağa başladılar, ardınca meydanın mərkəzində etirazçı və jurnalistlərin sıx bir halqası meydana gəldi. Mərkəzdə dayanan insanlar mahnı oxuyur və gitara çalırdılar.
  • Aksiyanı xüsusi təyinatlı polis alayının üzvləri, habelə mülki şəxslər izləyir. Xüsusi təyinatlılar izdihamdan azacıq uzaqda, xüsusi geyimli zabitlər isə dinc aksiyanın gedişatına müdaxilə etmədən daim tədbirin mərkəzində olurdular. Saat 7: 45-də iştirakçılar dağılışmağa başladılar. Meydanda cəmi bir neçə adam qaldı.
  • Mogilyovda, Sovetlər Evinin yaxınlığındakı Lenin meydanında, çağırışa təxminən 80 nəfər toplaşdı. Aksiya iştirakçıları arasında gənclər üstünlük təşkil etdi. Bəzi aksiya iştirakçıları, bir gün əvvəl Minskdə keçirilən "Stop Petrol" aksiyasından ilham aldılar.
  • Brestdəki Lenin meydanına təxminən 200 nəfər toplaşdı. Aksiya iştirakçıları şüarlar qışqırmadılar və aksiya pankart olmadan keçirdi. Yalnız söhbət edirdilər. Maşınlarla keçənlərin bəziləri iştirakçıların aksiyasına dəstək olaraq siqnal verirdi. Aksiyanı polis formasında olan iki nəfər, həmçinin DTK əməkdaşları müşahidə edirdi. Aksiya saat 18: 50-dən 19: 30-a qədər davam etdi və alqışlarla başa çatdı.

Etirazlar və münasibət

[redaktə | mənbəni redaktə et]

3 İyul, Belarusun müstəqillik günündə, 3000-ə yaxın nümayişçi, Minsk şəhərinin əsas meydanında şüarlar səsləndirmək əvəzinə "alqışlarla etiraz"da iştirak etdi. Daha sonra xüsusi geyimli polis gəldi və bir çox etirazçını həbs etdilər.[5] Lukaşenko və yerli polis bu hərəkətlərinə görə 2013 İqnobel mükafatına layiq görüldü.[6] Hökumət TwitterFacebook kimi sosial şəbəkələrin də bloklanmasına başladı.[7][8] Etiraz edənlərin bir çoxu, etirazlardan bir neçə ay əvvəl Belarusun üzləşdiyi sürətli deqradasiyaya uğramış iqtisadiyyatdan qaynaqlanırdı.[9] 3 İyul 2011-ci il etirazından sonra aktivistlər polis vəhşiliyinin videoçarxlarını yaydılar.[10] İyulun 29-da hökumət məclis və toplantıları qadağan etdi, onları qanunsuz etdi.[11]

  1. "Belarus: Lukashenko vows to quell 'revolution plot'" Arxivləşdirilib 2016-07-19 at the Wayback Machine BBC News. 3 July 2011.
  2. "Hundreds Arrested in Belarus' Silent Protest" Arxivləşdirilib 2019-12-11 at the Wayback Machine 4 July 2011.
  3. Marson, James (14 May 2011)"Belarus Presidential Runner-Up Sentenced to Prison" Arxivləşdirilib 2018-01-27 at the Wayback MachineThe Wall Street Journal.
  4. Andrew Osborn (20 December 2010)."Alexander Lukashenko: "Europe's last dictator"" Arxivləşdirilib 2017-12-30 at the Wayback Machine
  5. Weir, Fred (8 July 2011)."In Belarus, one-armed man arrested for clapping" Arxivləşdirilib 2018-01-28 at the Wayback MachineChristian Science Monitor.
  6. "Winner if the Ig Nobel Prize" Arxivləşdirilib 2019-05-21 at the Wayback MachineAnnals of Improbable Research Arxivləşdirilib 2022-08-09 at the Wayback Machine
  7. ""Belarus blocks Twitter and Facebook in bid to prevent protests"". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.
  8. Balmforth, Richard (3 July 2011). "UPDATE 2-Belarus police arrest protesters at anti-Lukashenko rallies" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
  9. ""Lukashenko nears crunch time, says Belarus opposition"". 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.
  10. Motlagh, Jason (12 July 2011). "Protesters broaden tactics as Belarus cracks down" Arxivləşdirilib 2019-08-26 at the Wayback Machine
  11. "Archived copy"Archived fromthe original