2013-cü il Gəzi parkı etirazları

Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır.

2013 Taksim Gəzi parkı etirazları
Yer Türkiyə Türkiyə
Tarix 28 May 2013-30 Avqust 2013
Səbəb Siyasi repressiyalar, ətrafçılıq.
Əsas məqsəd Demokratik haqq və hüquqlar, polisin həddindən çox reaksiya verməsi, Taksim Gezi Parkını mühafizə etmək, Rəcəb Tayyib Ərdoğannın və hökumətinin istefası.
İştirakçı sayı 3,6 milyon - 7,5 milyon arasında.
Həlak olanlar
  • 11
Həbs olunanlar 1.750+[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır.

  1. "İçişleri Bakanı Güler: 67 ilde 235 eylem ve etkinlik yapıldı. Radikal.com.tr". 2013-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-02.