20 müstəqil il qısametrajlı sənədli televiziya filmi rejissor Musa Əliyev tərəfindən 2011-ci ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub. Burada 20 il ərzində tariximizdə baş verən əhəmiyyətli hadisələr vərəqlənir.
20 müstəqil il | |
---|---|
Janr |
sənədli qasımetrajlı tarixi |
Rejissor | Musa Bayraqdarov |
Prodüser | Yaqut Tapdıqqızı |
Operatorlar |
Elman Əliyev Turab Məmmədov Turan Mustafayev Ramil Məmmədov |
İstehsalçı | Lider televiziyası |
İlk baxış tarixi | 18 oktyabr 2011 |
Filmin növü | qasımetrajlı sənədli televiziya filmi |
Müddət | 31 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011 |
Rəng | rəngli |
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.[1]
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Film Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub. Burada 20 il ərzində tariximizdə baş verən əhəmiyyətli hadisələr vərəqlənir.
Müəllif: Günay Yelmarqızı
Rejissor: Musa Əliyev
Operator: Elman Əliyev, Turab Məmmədov, Turan Mustafayev, Ramil Məmmədov
Prodüser: Yaqut Tapdıqqızı
Azərbaycan filmlərinin siyahısı
2011-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı