2B9 "Vasilyok" — 82mm-lik avtomatik minaatan
Sovet istehsalı olan 2B9 Vasilyok tipli avtomatik minaatanların ixtirası üzrə iş 1967-ci ildə F-82 minaatanların bazasında başlanmış və 1970-ci ildə zavod və ordu testlərindən kecərək 1970-ci ildə silahlanmaya qəbul olunmuşdur.
Minaatan kasset tipl ilə doldurulur. Kasset 4 mina tutur və avtomatik, tək atəş aca bilir. Lüləsi yivli deyil.
Silah Sovetlər birliyinin Əfqanıstanda apardığı müharibə zamanı, Rusiyanın Cecenistan müharibəsində, Ukraynanın şərqində Rusiya separtcı qüvvələri tərəfindən geniş istifadə olunub. Əsasən Əfqanıstanda motoatıcı taburlarda, minaatan tağımlarında belə silah olmuşdur.Bundan əlavə məhz Vasilyokun hərəkət sisteminin ilk modernizasiyası Əfqanıstan döyüşlərinə təsadüg edir. İxtiracıların fikirlərinə zidd olaraq ild dəfə Vasilyoku 40 cı ordunun zabitləri tırtıllı texnikalara pərcim eləməyə başladılar. Bu minaatanın mobilliyini artırdı və daha manevrli etdi. Lakin mənim fikrimcə bu ixtira da uğurlu deyildi. Cünki əsasən MTLB, BTRD, BTR VƏ AVTOMOBİL PLATFORMASI üzərində acıq halda qiraşdırılan bu minaatanlar-şəxsi heyəti acıqda qoymaqla onları düşmən snayperlərinin hədəfinə cevirirdi. Başqa nümunə kimi Rus separatcıları Ukraynada Vasilyoku damı kəsilmiş konteynerə qoyaraq,onu avtomobildə hərəkət etdirərək atəş acırlar ki, bu da uzaqdan həmən silahın adi mülki konteyner olduğuna və şəxsi heyətin görünməməsinə gətirib cıxardır ki, bu da maskalanmanın bir növüdür.
2Б9-su ilə lülənin soyudulması variantı(lüləüstü köynəklə.
2Б9М-hava ilə lülənin soyudulması( lülənin orta tərəfdən divarı qalınlaşdırılmış və qabırğalar avılmışdır)
2К21-2B9 variantı "QAZ-66" avtomobili platformasında.
TİP-99-Cin Xalq Respublikası tərəfindən hazırlanmış model 82mm-lik minaatanın 2Б9М-variantı PDM-1 döyüş maşınının platformasında. Bu Qazaxıstan Hərbi Sənaye zavodunun ixtirasıdır. Sadəcə olaraq qülləni götürüb Vasilyoku onun yerinə oturdublar.2014-cü il KADEX 2014 sərgisində nümayiş etdirilib.
Ümumiyyətlə mənim fikrimə görə öz yaşıdları arasında tipinə görə cox effektiv və keyfiyyətli silahdır. BQS zamanı(Birinci Qarabağ Savaşı) -Ağdərədə Daxili Qoşunlar tərəfindən qənimət götürülən Vasilyok minaaratnı.mayor Fedotenko tərəfindən Tərtər təmir bazasında qısa müddətə təmir olundu və döyüşlərdə uzun zaman iştirak etdi. Xarab olmuş təkərlərini isə Ağdamın Papravənd kəndindəki Şərab zavodunun direktoruna müraciət etdiyimdən sonra,Həsən kişi təkərləri Sumqayıt şəhərində öz vəsaitinə tam təmir edib mənə qaytardı.Abuzər Əbilov.