31 mart soyqırımı (film, 2014)

31 mart soyqırımı filmi rejissor Xürrəm Sultan tərəfindən 2014-cü ildə çəkilmişdir. Film İctimai televiziyada istehsal edilmişdir. Film Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan 1918-ci ilin martında erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qətliamı tarixi faktlarla araşdırır.

31 mart soyqırımı
31 mart soyqırımı
Janr sənədli
qısametrajlı
tarixi
Rejissor Xürrəm Sultan
Prodüser Əliağa Əliyev
Ssenari müəllifi Gülnar Məmmədli
Operatorlar Emin Rəhimov
Fərmayıl İsmayılov
Manaf Quliyev
İstehsalçı "Carçı film" (İctimai televiziya)
İlk baxış tarixi 31 mart 2014
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 45 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2014
Rəng rəngli

1918-ci ilin 30 mart3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.[1]

Film Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan bu insan qətliamını tarixi faktlarla araşdırır.

Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Azərbaycanlıların soyqırımı 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı bir qəddar siyasətdir.[2]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenarist: Gülnar Məmmədli
Rejissor: Xürrəm Sultan
Operator: Emin Rəhimov, Fərmayıl İsmayılov, Manaf Quliyev
Prodüser: Əliağa Əliyev

  1. "Mart soyqırımı". 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-06.
  2. "Azərbaycanlıların Soyqırımı Günü". 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-06.

31 Mart Soyqırımı