3234-cü təpə döyüşü (rus. Бой у высоты 3234) — Əfqanıstan müharibəsi zamanı 7–8 yanvar 1988-ci il tarixlərində, XL Qızıl Ordunun 345-ci qvardiya paraşütçü-desantçı alayına daxil olan 9-cu paraşütçü-desantçı bölüyü ilə mücahidin döyüşçüləri arasında, Əfqanıstanın Pəktiya vilayəti ərazisi daxilində yerləşən 3,234 metr (10,610 ft) hündüryülündəki təpədə (33°20′53″ şm. e. 69°18′10″ ş. u.HGYO) gerçəkləşmiş döyüş.
3234-cü təpə döyüşü | |||
---|---|---|---|
Əfqanıstan müharibəsi «Magistral» əməliyyatı | |||
Tarix | 7–8 yanvar 1988 | ||
Yeri | Pəktiya vilayəti, Əfqanıstan | ||
Səbəbi | təpənin ətəyindəki yola nəzarət edərək sovet konvoyunun təhlükəsiz şəkildə keçməsinə nail olmaq | ||
Nəticəsi | SSRİ-nin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1987-ci ilin noyabr ayında Boris Qromov rəhbərliyindəki XL Qızıl Ordu Qardəz ilə Xost şəhərləri arasındakı, mücahidin mövqelərinə yaxın yolu hava qüvvələrinə açmaq üçün nəzərdə tutulmuş «Magistral» əməliyyatına start vermişdir.[1][2] Əməliyyata start verilməzdən əvvəl əraziyə bir neçə hava hücumu və dörd saat davam etmiş artilleriya bombardmanı edilmişdir.[3]
Əməliyyat davam etdiyi müddət əsnasında XL Qızıl Ordunun komandirləri Qardəz ilə Xost şəhərləri arasında bütün yolu zərərsizləşdirmək istəyirdilər. Əhəmiyyətli nöqtələrdən biri 3,244 metr (10,643 ft) hündürlüyü ilə təyin edilmiş adsız bir təpə idi. Bu təpə polkovnik Valeri Vostrotinin rəhbərliyindəki 345-ci qvardiya paraşütçü-desantçı alayına daxil olan 9-cu paraşütçü-desantçı bölüyünə tapşırılmışdı. 39 nəfərlik bölük 7 yanvar 1988-ci il tarixində təpənin zirvəsinə enirlər. Onlara əməliyyat boyunca nəzərdə tutulmuş yolun təpənin ətəyindəki uzun bir qismini müşahidə etmək və onu nəzarət etmək üçün təpənin zirvəsinə yerləşmək, orada güclü bir nöqtə yaratmaq və konvoy üçün təhlükəsiz bir keçid təşkil etmək vəzifəsi verilir.[4]
Təpənin zirvəsinə endikdən çox keçməmiş Əfqanıstanın coğrafi şərtlərinə hazır olmaq üçün təlim almış paraşütçü-desantçı qoşunlar öz mövqelərini tutmağa başlayırlar. Onlar öz mövqelərini möhkəmləndirdikdən dərhal sonra, saat 15:30 radələrində bir qrup mücahidin döyüşçüsünün hücumuna məruz qalırlar. Onlar ilk mərhələdə əllərində olan bütün silahlarla, o cümlədən sıçramayan silahlar və RPG raket buraxılış qurğularından atəş açdılar. Bir neçə yaylım atəşindən sonra Qızıl Ordu artilleriyası əks-hücum edir və bəzi mücahadin silahlarını susdura bilir. Atəşi 1-ci tağımın komandiri leytenant Viktor Qaqarin radio ilə yönləndirirdi.[2]
Paraşütçü-desantçı qoşunlar yaxşı silahlanmış 200[5] və ya 400[6] mücahadin döyüşçüsünün birgə hərəkətli hücumuna qalırlar. Hücumlar iki istiqamətdən həyata keçirilirdi. Ehtimal edilir ki, bu hücumçular Pakistanda təlim almış döyüşçülər tərəfindən dəstəklənmişdilər. 9-cu paraşütçü-desantçı bölüyünün hərbçiləri döyüş əsnasında baş qərargahla rabitə saxlayırdılar. Onlar XL Qızıl Ordunun rəhbərliyinin artilleriya dəstəyi, silah-sursat, armaturlaşdırma və yaralılar üçün helikopterlə evakuasiya kimi köməklərindən faydalanırdılar.[2]
Yanvarın 7-də, saat 15:30 radələrində gerçəkləşmiş birinci hücumdan sonra daha 11 hücum həyata keçirilmişdir. Döyüş zamanı 200 ilə 250 arası əfqan mücahid həlak olur.[7] Ağır itkilər alan mücahadin döyüşçüləri yanvarın 8-də, alatoranlıq vaxtı geri çəkilirlər və 3234-cü təpəni sovet paraşütçü-desantçı qoşunlara buraxılar. Paraşütçü-desantçı bölükdən 6 nəfər həlak olmuş, 9-cu ağır olmaqla 28 nəfər yaralanır.[4] Yorulmuş və silah-sursatı demək olar ki, sona çatmış sovet qoşunları təpənin nəzarətini saxladılar və konvoyun təpənin ətəyindəki yoldan təhlükəsiz şəkildə keçməsinə nail oldular.[3]