34A əməliyyatı — casus qrupunun daxil edilməsi, hava kəşfiyyatı və dəniz təxribat əməliyyatları missiyalarından ibarət Vyetnam Demokratik Respublikasına qarşı ABŞ-nin yüksək məxfi fəaliyyət proqramı idi.
34A əməliyyatı | |
---|---|
|
1954-cü il Cenevrə Konfransından sonra Hərbi Hava Qüvvələrinin polkovniki Edvard Lansdeyl Şimali Vyetnama qarşı bir sıra gizli əməliyyatlara başlatması üçün Mərkəzi Kəşfiyyat İdarəsinin o vaxtkı direktoru Allen Dalles tərəfindən Strateji Xidmətlər Bölməsinin (MKİ-nin nəzdində) direktor müavini vəzifəsinə təyin edilmişdir. Bu əməliyyatlar Cənubi Vyetnamdan cəlb olunmuş komandolar tərəfindən həyata keçirilən reydlərdən və MKİ tərəfindən cəlb edilmiş casusların əraziyə daxil edilməsindən ibarət idi.
1963-cü ilin iyulunda Müdafiə Departamenti və MKİ əməliyyata nəzarəti Müdafiə Departamentinə verilməsini təsdiqləmişdir. 1 yanvar 1964-cü ildə Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu əməliyyatın komandanlığını öz üzərinə götürmüşdü.[1][2]