50 filmi rejissor Sergey Şanoviç tərəfindən 2011-ci ildə çəkilmişdir. Film "Shandesign" studiyasında istehsal edilmişdir. Film Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 50 illik yubileyi münasibətilə çəkilib.
50 | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Sergey Şanoviç[1] |
Prodüser | Dmitri Maçaça |
Operator | Endryu Boulter |
Bəstəkar | Eduard Purqin |
İstehsalçı | "Shandesign" studiyası |
İlk baxış tarixi | 24 dekabr 2011 |
Filmin digər adı | XXI əsrin salnaməsi[1] |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 38 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011 |
Rəng | rəngli |
Film Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 50 illik yubileyi münasibətilə çəkilib. Filmdə prezidentin ailə üzvləri, orta məktəb müəllimləri, tanınmış ictimai-siyasi xadimlər, ziyalılar dövlət başçısı haqqında xatirələrini və ürək sözlərini danışırlar.[1] Burada Azərbaycan Prezidentinin ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin, səhiyyənin, təhsilin, idmanın inkişafı, milli mənəvi dəyərlərin qorunması, ordu quruculuğu, əhalinin sosial rifahının yaxşılaşdırılması, regionların müasirləşdirilməsi istiqamətində, xarici siyasətdəki mühüm xidmətlərindən bəhs olunur. Dövlət başçısının portretini tamamlayan ştrixlərdən danışarkən ailə üzvləri onun yüksək intellekti, peşəkarlığı, əzmkarlığı, insana və insanlığın qələbəsinə inamını xüsusi qeyd edirlər.[1]
Filmdə vurğulanır ki, Azərbaycan xalqının müdrikliyinə və istedadına inam Prezident İlham Əliyevin qəlbində hər zaman olub və olacaqdır. Elə buna görə də o, qarşısına qoyduğu hər bir məqsədə, arzuya çata bilmişdir.[1]
Azərbaycanın zəngin sərvətlərini, qədim mədəniyyətini, təbii gözəlliklərini, milli adət-ənənələrini və müasir inkişafını əks etdirən kadrlar filmi daha maraqlı və məzmunlu etmişdir.[1]