90 dəqiqə (film, 2012)

90 dəqiqə (norv. 90 minutter) — rejissor Eva Sorhauqun 2012-ci ildə ekranlaşdırdığı bədii film. Film Toronto Kino festivalında nümayiş etdirildikdən sonra dünya şöhrəti qazanmışdı.[1] Filmin premyerası 21 sentyabr 2012-ci ildə baş tutmuşdu.[2] Özünün ikinci tammetrajlı filmində, Eva Sorhauq cəsarətlə və kompromissizcəsinə "hər şeydən artıq doymuş" cəmiyyətin təhlükəli, qəzəbli, şiddətli və zorakı tərəfini göstərir. 90 dəqiqə — sadəcə olaraq "artıq gec olacaq" bir anın müşahidəsidir.[3] Daha doğrusu isə 3 insanın həyatının son 90 dəqiqəsi haqqda. Sorhauq Mixail Haneke tərəfindən icad edilmiş metodlar üzrə spekulyasiya edir, buna baxmayaraq o açıqca göstərilən zorakılıqdan da imtina etmir; ümumilikdə Skandinav filmlərində belə qəddar səhnələri təsəvvür etmək çətindir. Kinotənqidçilər filmdə Alan Klarkla olan paralelləri həvəslə qeyd edirlər.

90 dəqiqə
90 minutter
norv. 90 minutter
Janr dram filmi
triller filmi
Rejissor Eva Sorhauq
Baş rollarda Byorn Floberq
Aksel Henni
Fred Heqqland
Annmari Kastrup
Mads Ousdal
Operator Harald Qunnar Paalqard
Bəstəkar Henrik Skram
Rəssam Nina Byerç Andresen
İlk baxış tarixi 7 sentyabr 2012
Filmin növü Bədii film
[18+]
Müddət 88 dəq.
Büdcə NOK 10 200 000
Ölkə Norveç Norveç
Dil Norveç dili
İl 2012
Rəng rəngli
IMDb ID2180277

Filmin xülasəsi

[redaktə | mənbəni redaktə et]

Bu filmdə müxtəlif nəsillərdən bəhs edən 3 hekayə vardır:

Birinci hekayə: Artıq qocalmış biznesmen Yohan çox güman ki, artıq müflis olub. Bəlkə də cavan aşnası onu atıb və ya sağlamlığında kəskin dəyişikliklər baş verib — bu, filmi seyr edənlər üçün naməlum olaraq qalır. Yalnız o məlumdur ki, o tez-tələsik kirayə götürdüyü mənzildən imtina edir, bütün işlərini tamamlayır və həyat yoldaşının qabağında əmək fəaliyyətini stimulyasiya edir. Sonra arvadı üçün erkən nahar yeməyi hazırlayaraq, onu sakitcə öldürür. Sonra isə özünə sui-qəsd edir.

İkinci hekayə: Polis işçisi Fred bazar günlərində keçmiş həyat yoldaşının və uşaqlarının yanına gəlir. Lakin göründüyü kimi, operativ işdən və ofisdə kargüzarlıq işlərindən imtina, ona çox depressiv təsir göstərir. Buna görə də o, dərin depressiya vəziyyəti ilə üzləşir. Sabahısı gün o, masa arxasına əyləşərək, səssizcəsinə yoğurt yeyir, uşaqlarına banan verir, arvadı ilə ləng halda mübahisə edir. Amma onun içində ciddi şəkildə bir ehtiras hissi qaynayır. Eks-həyat yoldaşı onu evdən qovduqdan sonra o bir az məhəllədə gəzişir, sonra yenidən evə qayıdaraq əlindəki pistoletlə hamını gülləliyir.

Üçüncü hekayə: Yaxınlarda ata olmuş gənc narkoman Trond ailə həyatının yeni məsuliyyətlərinə heç cür alışa bilmir. Buna görə də o, tez-tez arvadını vəhşicəsinə döyür, onun əllərini bağlayaraq onunla cinsi əlaqədə olur. Bəlkə də onların belə əlaqələri həmişə olub — bunu arvadın elə də müqavimət göstərməməsi və faktiki olaraq heç nə danışmaması ilə də anlamaq olar. Ancaq yenicə anadan olmuş körpə Trondun nizamlı həyatına nifaq gətirir — o artıq mağazaya gedib uşaq bezi almalı və şəxsən onun üçün utancverici hesab edilən bu məhsullarla da o, paralel olaraq Ginnes pabında pivə içməyə məcburdur.

  1. Eva Sørhaugs 90 Minutter får verdenspremiere i Toronto, Norsk filminstitutt, 31. juli 2012
  2. "90 minutter, SF Kino". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-18.
  3. 2morrow
  4. Derfor er Aksel Hennie forberedt på å bli hata Arxivləşdirilib 2012-10-25 at the Wayback Machine, Dagbladet, 12. juli 2012

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]