99942 Apofis — Misir mifologiyasında pisliyin simvolu, qaranlıqlar və xaos tanrısı Apofisin adı verilən, "Qitə qatili" ləqəbli meteorit
Çəkisi 20 milyon ton, diametri 300 metrdir.
99942 Apofis, Dünyaya yaxın bir orbiti olan meteordur.NASA tərəfindən edilən dəqiq hesablamalarda,2029 və 2036-cı illərdə Dünyamızın çox yaxınından keçəcəyi təsbit edilmişdir.Saatda 37 min km sürətlə hərəkət edən və 2029-cu ildə Yerin 32 min kilometrliyindən keçəcək göy cismi 7 ildən sonra,2036-cı ildə isə 30-40 min kilometr yaxından keçəcək.7 Oktyabr 2009 tarixində edilən hesablamalara görə 13 aprel 2036-cu ildə Dünya ilə toqquşma ehtimalı 250.000 'də 1-dir.Bir başqa mümkün toqquşma tarixi isə 2037-dir.Bu tarixdə toqquşma ehtimalı 12,3 milyonda 1 olaraq təyin olunmuşdur.Şəkildə toqquşma riski olan bölgələr göstərilmişdir.