9 nömrəli oyunçu (film, 2007)

9 nömrəli oyunçu filmi rejissor Elnur Canıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın əfsanəvi futbolçusu, 9 nömrə altında çıxış edən Anatoli Banişevski haqqındadır.

9 nömrəli oyunçu
9 nömrəli oyunçu
Janr sənədli
qısametrajlı
bioqrafik
idman
Rejissor Elnur Canıyev
Operatorlar Səfər Səfərov, Ramiz Rzayev
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 2007
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 45 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dillər azərbaycancarusca
İl 2007
Rəng rəngli və ağ-qara

Film Azərbaycanın əfsanəvi futbolçusu, 9 nömrə altında çıxış edən Anatoli Banişevski haqqında bəhs edir.

Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub.[1] O, peşəkar karyerası ərzində — 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib.[2] "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ ççempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub.[2] 1966-cı ildə "Neftyanik" bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi. Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib.

Filmdə futbolçunun keçmiş həyat yoldaşı, tanışları və dostları onun haqqında öz xatirələrini bölüşürlər.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Müəllif: Fikrət Adıgözəlli
Rejissor: Elnur Canıyev
Operator: Səfər Səfərov, Ramiz Rzayev

  1. "Anatoli Banişevski — 70". news.atv.az. news.atv.az. 3 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
  2. 1 2 "Azərbaycanın futbol əfsanəsi — Banişevski". muallim.edu.az. muallim.edu.az. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2016.

Azərbaycan filmlərinin siyahısı
2007-ci ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı