@ işarəsi

@ işarəsi — elektron poçt simvolu

@ işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompüterİnternet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir.

“@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində "@" heroqlifi həm də "ay ta" kimi oxunur və mənası "onu sev" deməkdir[1].

@ işarəsinin tarixi

[redaktə | mənbəni redaktə et]

@ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ildə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən @, daha sonra texnologiyalara da daxil oldu. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.

“@” simvolu klaviş kimi ilk dəfə 1885-ci ildə yazı makinasının klaviaturasında yer almışdır. 1980-ci ildə “@” işarəsi beynəlxalq standart kimi təsdiqləndi.

1971-ci ildə Rey Tomlinson isə bu işarənin, e-poçt serverlərindəki istifadəçiləri təyin etmək üçün uyğun olduğuna qərar verdi. O tarixdən etibaren @ artıq bugünkü şəkildə e-poçtlardakı istifadə şəklində qovuşmuş oldu.

  1. "Çində soyad qıtlığı yaranıb". 2010-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-13.