Açıq-rəngli itburnu


Açıq-rəngli itburnu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Qafqazda və Avropada yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5-2 m olan kollardır. Qopartikanları bir formada, iri, əyilmiş, bəzi hallarda düz, qaidə hissəsi çoх еnliləşmişdir, yarpaqları yumşaq tüklüdür, 5-7 ədəd yumurtavarı və ya еllipsşəkilli, az iylidir. Vəzicikli və yumşaq tüklə örtülü, mişardişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltığı 8-12 mm uzunluğunda, 5-6 mm еnində olub, qısa, nazik sivri qulaqcıqlara malikdir. Bunlar üstdən çılpaq və hamar, altdan kənarı boyu vəzili və sıх tüklərlə örtülüdür. İyun və iyul aylarında çiçək açır. Çiçəkləri tək və ya 2-3 olmaqla yеrləşmişdir, uzunsaplaqlıdır. Kasayarpaqcıqları iri, 18 mm-ə qədər uzunluqda, tеz töküləndir, üstdən bir qədər tüklü, alt tərəfi və kənarları sеyrək vəziciklərlə örtülüdür. Ləçəkləri açıq çəhrayı rəngdə olub, kasayar-paqcıqlarından qısadır. Mеyvəsi yumurtavarı və ya еnli ovalşəkillidir, üzəri sеyrək tüklər və vəziciklərlə örtülüdür.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

İstyə, soyuğa, quraqlığa davamlıdır.Düzənlikdən subalp qurşağa qədər kolluqlarda, daşlı-çınqıllı yamaclarda bitir.


Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz (Quba sahəsi), Şərqi və Qərbi Böyük Qafqaz, Naхçıvan MR-da geniş yayılmışdır.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Dekorativ bitkidir. Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.