Açıq dərs — başqa müəllimlərin də iştirak etdiyi dərs. Açıq dərsi təcrübəli müəllim aparır. Məqsəd bu və ya digər fənnin düzgün təlim üsulunu nümayiş etdirməkdir. Açıq dərs pedaqoji təcrübə mübadiləsi və təkmilləşdirmənin mühüm vasitələrindəndir.[1]
↑Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.