Açıq devalvasiya

Açıq devalvasiya — ölkənin milli valyutasının sabitliyinin təmin olunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən milli valyutanın məzənnəsinin digər ölkələrin möhkəm valyutalarına və beynəlxalq hesablaşma vasitələri vahidlərinə nisbətdə rəsmən endirilməsi, həmçinin, milli valyuta vahidinin real qızıl məzmununun azaldılması. Bu zaman milli valyutanın məzənnəsinin qaldırılması məqsədi ilə dövlət tərəfindən milli valyutanın əhəmiyyətli həcmdə dövriyyədən yığılması, yaxud dəyərdən düşmüş milli pul nişanlarının yeniləri ilə əvəz edilməsi kimi tədbirlərə əl atılır. Açıq devalvasiya daxili bazarda əmtəə qiymətlərinin azalmasına, ixracın ucuzlaşmasına, idxalın isə bahalaşmasına səbəb olur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]