Açarın imtinasını ehtiyatlandıran qurğu (AİEQ)

Açarın imtinasını ehtiyatlandıran qurğu, qısaca: AİEQ — gərginliyi 1 kV-dan yüksək olan elektrik şəbəkələrinin avtomatika növüdür və qəza vəziyyətlərində qəza baş vermiş hissənin açarının imtinası halında sonrakı hissənin açarının açılması üçün nəzərdə tutulmuşdur[1].

Açarın imtinasını ehtiyatlandıran qurğu (AİEQ)
Açarın imtinasını ehtiyatlandıran qurğu (AİEQ)

Şəbəkədə qısaqapanma baş verdikdə, zədələnmiş hissənin rele mühafizəsi baxılan hissənin açarının açılmasına siqnal verir. Eyni zamanda AİEQ-in işəsalma orqanları ehtiyat açarın işləməsi üçün kifayət olan dözmə müddəti ilə ən yaxın açarın açılmasına təsir edir. AİEQ-in müvəffəq işləməsi zamanı, o əvvəlki vəziyyətinə qayıdır və bloklanır. Açarın hər-hansı bir səbəbdən açılmadığı halda (mexaniki hissənin və onun idarəetmə dövrəsinin nasazlığı), qoyulmuş dözmə müddətindən sonra sonra AİEQ zədələnmiş xətti qidalandıran və elektrik mənbəyinə yaxın olan bütün açarlara təsir edir.

AİEQ-in işləməsi üçün iki şərt yerinə yetirilməlidir:

  1. Zədələnmiş xəttin açarının açılması üçün rele mühafizəsinin işləməsi.
  2. Zədələnmənin hər hansı bir səbəbdən aradan qaldırılmadığını bildirən qəza parametrlərinin olması.

İcra xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

AİEQ-in tətbiqi əsas mühafizəyə əlavə olaraq ehtiyat mühafizə kimi nəzərdə tutulduğuna görə, AİEQ rele mühafizəsinin imtinasını ehtiyatlandırmır. Eyni zamanda, bir mühafiizə dövrəsindəki nasazlığın digərinin imtinasına səbəb olmaması üçün hər bir mühafizə dövrəsinin bir-birindən asılılığı olmamalıdır. (əməliyyat sxemlərinin qidası müxtəlif qoruyuculardan və ya açarlardan yerinə yetirilir. Hər iki mühafizənin işəsalma orqanları da bir-birindən asılı deyil və cərəyan transformatorunun uyğun müstəqil komplektinə qoşulur. Açarın açılması üçün siqnallar müxtəlif çıxış relelərindən yerinə yetirilir) . Bir qayda olaraq, rele mühafizəsinin ehtiyat komplekti cərəyana və gərginliyə görə olan, aşağıdakılar vasitəsilə yerinə yetirilən işəsalma orqanlarına malikdir:

  • əks və sıfır ardıcıllıq gərginlikləri bloklanmaqla düz ardıcıllıqlı minimal gərginlik relesi (qısaqapanma zamanı düz ardıcıllıqlı gərginliklərin azalması baş verir, eyni zamanda əks və sıfır ardıcıllıqlı gərginliklər yaranır)
  • üç maksimal cərəyan relesi və ya bir üç fazalı maksimal cərəyan relesi.

İkinci işəsalma orqanı qısaqapanma zamanı mühafizə zonası daxilində etibarlı işləməlidir.

Parametrlərin seçilməsi

[redaktə | mənbəni redaktə et]

AİEQ-in əsas parametri yaxınlıqdakı açarların açılması üçün dözmə müddətidir çünki, rele mühafizəsi eyni zamanda əsas açarın açılmasına və AİEQ-ə siqnal göndərdirir (müəyyən dözmə müddətindən sonra qısaqapanmadan daha uzaqda yerləşən açarları açır) düzgün işləməsi üçün AİEQ-in dözmə müddəti əsas mühafizənin təsir müddəti Δt-dən çox olmalıdır. təxirə salınması lazımdır. əsas qorunma müddəti çoxdur, buna görə də AİEQ üçün zaman relesinin qoyuluş qiyməti aşağıdakıların cəminə bərabər olmalıdır:

  • əsas açarın işləmə müddətinin
  • Mühafizənin qayıtma vaxtının (əsas açarın müvəffəqiyyətlə açılması halında)
  • AİEQ-in zaman relesinin işinin sürətlənmə müddətinin (dözmə müddətinin daha az olduğu tərəfin açılması)
  • Sistemin daha etibarlılığı olması üçün ehtiyat müddətin.

Üstünlükləri

[redaktə | mənbəni redaktə et]

AİEQ aşağıdakı üstünlüklərə malikdir:

  • Ehtiyat mühafizə ilə müqayisədə yüksək həssaslığa malikdir (qısaqapanmanın aradan qaldırılması yaxındakı hissənin mühafizəsi ilə həyata keçirilir)
  • .çoxşaxəli enerji təchizatı sxemlərində açarlar açılmadıqda qısaqapanmanın aradan qaldırılması
  • iki və ya üç paralel açarlı xəttlərin sxemində açılmamış açar olduqda qısaqapanmanın aradan qaldırılması
  • cərəyan transformatorları və əsas açarlar arasındakı şinlərdə qısaqapanmanın aradan qaldırılması.

Çatışmazlıqları

[redaktə | mənbəni redaktə et]

AİEQ-in aşağıdakı çatışmazlıqları var:

  • Yüksək mürəkkəbliyə malikdir və böyük məsuliyyət tələb edir, çünki bu cihazda bütün qonşu açarların açma dövrələri və onların mühafizə sxemləri cəmləşmişdir və AİEQ-in və ya işçi heyətin düzgün işləmədiyi təqdirdə şəbəkənin böyük hissəsi və işlədicilərin bir çoxu enerjisiz qala bilər.
  • AİEQ-in istifadəsi zamanı, qonşu xəttlərin ehtiyat mühafizə pillələrinin dözmə müddəti AİEQ-in dözmə müddətindən böyük olmalıdır (qonşu yarımstansiyalarda mühafizənin işləməməsi üçün) ki, bu da qısaqapanmanın ləğv olunma müddətini artırır .

AİEQ yüksək mürəkkəbliyə malik olduğuna və məsuliyyət tələb etdiyinə görə, onu ciddi əsaslandırılmış hallarda tətbiq edirlər. Məsələn, uzun məsafəli ehtiyatlandırma effektiv olmadıqda (həssaslıq, cəldtəsiretmə baxımından) və növbəti hissələrin ehtiyatlandırılması mümkün olmadıqda. Açarın imtinasına görə qısaqapanma ləğv edilmədikdə sistemdə gərginliyin kəskin düşməsi baş verir ki, bu da böyük rayonların güc itkisinə və hətta generatorların sinxronizmdən çıxmasına və asinxron gedişin yaranmasına gətirib çıxarır. AİEQ mürəkkəb elektrik təchizat sxemlərində tətbiq olunur.

  • Чернобровов Н. В. "Релейная защита" М., "Энергия", 1974 г.
  1. Чернобровов Н.В., Семенов В.А. Релейная защита энергетических систем. Москва: Энергоатомиздат. 1998. 767–768. ISBN 5-283-010031-7.