Açardaşı — tağın ən üst hissəsində yerləşən daş. Adətən paz və pramida formasında olur. Çox vaxt tağın digər kəmərdaşlarından ölçüsünə və formasına görə fərqlənir.[1]
Tağda bütün kəmərdaşlarının yekun istiqamətini simmetrik olaraq müəyyənləşdirir. O həm də tağın davamlılığını və mökəmliyini qoruyub saxlayır. Açardaşı həm də estetik funksiya daşıyır. Memarlıqda açardaşını çox vaxt fərqli şəkildə, bəzəkli və gözə çarpar şəkildə hazırlayırlar. Adətən açardaşını sonuncu olaraq yerləşdirilər tağda.[2]