Ağır kalibrli snayper tüfəngi, böyük kalibrli snayper tüfəngi və ya Anti-material tüfəngi hərbi nəqliyyat vasitələrinə və ya digər hərbi texnikalara qarşı istifadə edilmək üçün hazırlanmış tüfəng növüdür.
Ağır kalibrli snayper tüfənglərinin tarixi Birinci Dünya Müharibəsində istifadə olunan tank əleyhinə tüfənglərə gedib çıxır. İkinci Dünya Müharibəsində də geniş şəkildə istifadə edilmişdirlər, lakin sonralar ağır zirehli texnikalara qarşı effektiv olmadıqlarına görə bazuka kimi raket buraxıcı qurğular və arxaya təpməsiz tüfənglərlə əvəz edildilər, ancaq Koreya müharibəsinə qədər istifadə edilmişdirlər.
Modern ağır kalibrli snayper tüfəngləri Soyuq müharibənin sonlarından hazırlanmağa başlanıldılar. Əvvəlki tank əleyhinə tüfənglərdən fərqli olaraq, onlar əsasən yüngül zirehli maşınlar və ya hədəflər qarşı istifadə olunurlar.