Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ağır su — adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növü.
Adi suda təxminən 0,016% D2O olur. Ağır suyu ilk dəfə 1932-ci ildə E. Uoşberi və H. Yuri adi sularda kəşf etmişlər. Onu 1933-cü ildə Amerika Birləşmiş Ştatlarında, 1934-cü ildə SSRİ-də almışlar. D2O xassəsinə görə adi sudan fərqlənir: sıxlığı 1100 kq/m3-dur, 101.43 C-də qaynayır, +3.813 C-də donur. Maddələrin çoxu ağır suda pis həll olur və adətən reaksiyalar ağır suda zəif gedir. Adi su ilə müqayisədə reaksiyalar 4–6 dəfə zəifləyir.
Ağır suyu sənayedə adi sudan elektroliz, fraksiyalı distillə üsulları ilə alırlar. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur.
Sənayedə kənd təsərrüfatında və məişətdə suyun mühüm və çoxsahəli tətbiqi vardır. Su kimya sənayesinin mühüm xammalıdır. Ondan hidrogenin, əsasların, qeyri-üzvi və üzvi turşuların, spirtlərin, mineral gübrələr in alınmasında istifadə edilir. Su həmçinin həlledici kimi geniş tətbiq edilir.
Suyun təyini reaksiyalarından biri ağ rəngli mis(II)-sulfatın suyu udaraq mavi rəngli mis kuporosuna CuSO4∙5H2O çevrilməsi reaksiyasıdır.[1]