Ağ adam qısametrajlı sənədli televiziya filmi rejissor Orxan Hüseynli tərəfindən 2016-cı ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film ağ adamlardan-albinoslardan bəhs edir.
Ağ adam | |
---|---|
Ağ adam | |
Janr |
sənədli qısametrajlı |
Rejissor | Orxan Hüseynli |
Operatorlar |
Seymur Əmiraslanov Vüsal Cəfərov |
İstehsalçı | ANS televiziyası |
İlk baxış tarixi | 4 mart 2016 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 41 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2016 |
Rəng | rəngli |
Film ağ adamlardan-albinoslardan bəhs edir.
Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir.[1]
Müəllif: Ləman Əliəşrəfqızı
Rejissor: Orxan Hüseynli
Operator: Seymur Əmiraslanov, Vüsal Cəfərov