Ağ arpa

Ağ arpaAzərbaycanın qədim payızlıq arpa sortu. Sünbülləri ağ, altıcərgəli, seyrəkdənli və qılçıqlıdır. Küləşi sarı, dəni aq, azca yaşılaçalan, uzunsov və iri olur. Ağ arpanın 1,000 dəninin çəkisi 39–50 qramdır. Dəni tökülmür, yerə az yatır. Orta müddətdə yetişir. Soyuğa, quraqlığa (orta dərəcədə), sürmə xəstəliklərinə davamlıdır. Sentyabrın 2-ci, oktyabrın 1-ci yarısında torpağa səpilir. Vegetasiya dövrü 230–250 gündür. 1 hektardan 20–35 sentner məhsul yığılır.[1]

  1. Ағ арпа // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 92.