Ağ gün (Yaponiya)

Ağ gün (yap. ホワイトデー, ing. White day) — Hər il mart ayının 14-də Yaponiya ilə yanaşı Cənubi Koreya, Vyetnam, TayvanÇində də qeyd edilən qeyri-dövlət bayramı.

"Ağ gün"ün başlanğıcını reklam şirkətlərinin məhsullarını satmaq üçün həyata keçirdikləri satış kompaniyası qoyub. 1965-ci ildə "Marshmallow" şirniyyat şirkəti ağ zefiri satmaq üçün xüsusi kompaniyaya başlayır. Reklam kompaniyası kişiləri zərif cinsin nümayəndələrinin düz bir ay öncə "Sevgililər günün`də onlara aldıqları hədiyyəyə görə xanımlara təşəkkür etməyə çağırır. Qadınlar tərəfindən də rəğbətlə qarşılandığı üçün beləcə, "Marshmallow Day" yarandı. Daha sonra Ağ gün kimi adlanmağa başlamışdır. Hədiyyələr siyahısı genişlənərək şokolad və digər şirniyyatları ehtiva etməyə başladı və ənənəvi hal alaraq bayram kimi 14 marta təsadüf etdi. Bu tarix 14 fevral — Valentin günündən düz bir ay sonra idi. Qeyd edək ki, "Müqəddəs Valentin" günü 1958-ci ildən etibarən Yaponiyada əlamətdar gün kimi qeyd edilir. "Müqəddəs Valentin" gününün qeyd edilməsi də "Ağ gün" kimi Yaponiyada şokolad fabrikinin aktiv təşviqatı ilə başlayıb.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ağ gün üçün ənənəvi hədiyyələr peçenye, ağ şokolad, zefir yaxud marşmellou, qiymətli zinət əşyalarıdır. "Ağ gün" və "Müqəddəs Valentin" günün qeyd edilməsi kommersiya maraqlarına xidmət edir. Demək olar ki, hər iki gündən öncə 1 ay müddətində hər dükanda müxtəlif yaş quruplarına uyğun şirniyyat növləri stendləri bəzəyir. Aydındır ki, şirkətlər də bu günə uzun müddət öncə hazırlaşırlar. Hətta belə bir qanunauyğunluq mövcuddur ki, Ağ gündə edilən hədiyyələrin qiyməti "Müqəddəs Valentin" günü satılan hədiyyələrin qiymətindən 2–3 dəfə yüksək olmalıdır.[1]

1978-ci ildən Yaponiyada ağ şokoladın istehsalı ilə ağ zefir hədiyyə edilməsi ikinci plana keçib. Hədiyyə edilən bu şokolad yaponca 義理チョコ — Giri Choco adlanır. Tədricən isə, təkcə şokolad deyil, digər aksesuarlar da hədiyyə kimi verilməyə başlanıb.[1]

1980-ci ildən etibarən Yaponiyada olan bütün şirniyyat sexləri və un məmulatları firmaları bu günü "Ağ gün" adlandırıblar.

Bu gün təkcə Yaponiyada qeyd olunmur. Yaponiyadan başqa, Cənubi Koreya, Vyetnam[2], Tayvan[3]Çində də Ağ gün qeyri-dövlət bayramı kimi qeyd edilir.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Valentine’s Day in Japan [ölü keçid]
  2. "In South Korea, Valentine's Day is all about the men". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  3. "Modern tradition". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  4. "White Day Triggers Consumption Enthusiasm". 2020-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.