Ağ kətandakı adam tammetrajlı sənədli film rejissor Şamil Nəcəfzadə[1] tərəfindən 2000-ci ildə çəkilmişdir. Film Simurq kinostudiyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır.
Ağ kətandakı adam | |
---|---|
Ağ kətandakı adam | |
Janr |
sənədli bioqrafik |
Rejissor | Şamil Nəcəfzadə |
Prodüserlər |
Davud İmanov Şamil Nəcəfzadə |
Ssenari müəllifi | Şamil Nəcəfzadə |
Operator | Rövşən Quliyev |
İstehsalçı | Simurq kinostudiyası |
İlk baxış tarixi | 2000 |
Filmin növü | tammetrajlı sənədli film |
Müddət | 55 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2000 |
Rəng | rəngli |
Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır.
Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.[2]
Ssenarist: Şamil Nəcəfzadə
Rejissor: Şamil Nəcəfzadə
Operator: Rövşən Quliyev
Prodüser: Davud İmanov, Şamil Nəcəfzadə