Ağ qan (film, 2012)

Ağ qan qısametrajlı bədii filmi rejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyev tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film EXA prodakşnda istehsal edilmişdir. Filmdə təsərrüfatları məhv olmuş tərəkəmə ailəsinin həyatı göstərilir. Filmdə ölüm yatağında olan qocanın (Vaqif Kərimov) son istəyinin, qarısı tərəfindən müdrikcəsinə həyata keçirilməsindən bəhs olunur. Filmdə rolları Svetlana Həkimova, Vaqif Kərimov, Bənövşə Əliyeva, Xanım Əliyeva, Şövqiyə Əliyeva, İlham Əlizadə və Nihad Əlizadə ifa edirlər.

Ağ qan
Ağ qan
Janr qısametrajlı
dram
Rejissorlar Xəyyam Abdullayev
Elməddin Alıyev
Prodüser Zövqü Quliyev
Ssenari müəllifləri Xəyyam Abdullayev
Elməddin Alıyev
Baş rollarda Svetlana Həkimova
Vaqif Kərimov
Bənövşə Əliyeva
Xanım Əliyeva
Şövqiyə Əliyeva
İlham Əlizadə
Nihad Əlizadə
Operator Elman Əliyev
Bəstəkar Xəyal Məmmədov
Rəssam İbrahim Kərimov
İstehsalçı EXA prodakşn
İlk baxış tarixi 8 sentyabr, 2012, Nizami Kino Mərkəzi[1]
Filmin növü qısametrajlı bədii film
Müddət 13 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2012
Rəng rəngli
IMDb ID2731144

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmdə təsərrüfatları məhv olmuş tərəkəmə ailəsinin həyatından, ana və övlad bağlılığından, həyata münasibətdən bəhs edilir.[2] Ölüm yatağında olan qocanın (Vaqif Kərimov) son istəyinin qarısı (Svetlana Həkimova) tərəfindən müdrikcəsinə həyata keçirilməsi filmin əsasını təşkil edir.[1]

Film çıxış yolu olmayan heç bir çətin vəziyyətin olmadığı ideyasına xidmət edir.[1][3] Süjetdəki ana südü həyatın axarını dəyişmir, əksinə başqa həyatın başlanğıcı olur. Filmi maraqlı edən cəhətlərdən biri də süjetə verilən fəlsəfi yozumdur.

Festivallar[redaktə | mənbəni redaktə et]

  • Belçikada 39-cu Beynəlxalq Ghent festivalı[4]
  • Dubai International Film Festivalı
  • ABŞ-də Milwaukee Short Film Festivalı[4]
  • Gürcüçtanda Batumi Beynəlxalq film festivalı[4]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Xəyyam Abdullayev, Elməddin Alıyev
Rejissor: Xəyyam Abdullayev, Elməddin Alıyev
Operator: Elman Əliyev
Prodüser: Zövqü Quliyev
Rəssam: İbrahim Kərimov
Bəstəkar: Xəyal Məmmədov

Rollarda[redaktə | mənbəni redaktə et]

Svetlana Həkimova — qocanın qarısı
Vaqif Kərimov — xəstə qoca
Bənövşə Əliyeva
Xanım Əliyeva
Şövqiyə Əliyeva
İlham Əlizadə
Nihad Əlizadə

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 ""Mayak" və "Ağ qan" qısametrajlı filmlərinə baxış keçirilmişdir". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  2. "Gənc rejissorların kino yaradıcılığı". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  3. "White Blood". 2019-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.
  4. 1 2 3 ""Ağ qan"ın beynəlxalq uğuru davam edir". 2012-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-16.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2012-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı