Ağ rus (ing. White Russian) qaymaqlı kokteyllər qrupundan olan kokteyldir, vodka və qəhvə likörü (adətən Kahlúa) əsasında hazırlanır.
Ağ rus | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
"The Big Lebowski" (Böyük Lebovski) filmindən Jefri Lebovski-nin sevimli içkisi. Filmin nümayişindən sonra kokteyl "qadın kokteyli" sayılmağını dayandıraraq populyarlıq qazandı.
İlk dəfə 1949-cu ildə təqdim edilən "Qara Rus" kimi tanınan ənənəvi kokteylə duru qaymaq əlavə edilərək "Ağ Rus"-a çevrilir. Bu içkilərin heç biri rus mənşəli deyil, belə adlanadırılma səbəbi isə əsas tərkib hissəsinin vodka olmasıdır.
Çapda bu içki haqqında ilk qeyd 21 noyabr 1965-ci ildə Oakland Tribune qəzetində oldu. Eyni zamanda, BBA kolleksiyasına aşağıdakı reseptlə daxil edilib: "Buzla doldurulmuş "Old fashioner" stəkanına 5/10 neytral vodka və 5/10 kofe likörünü tökün, bir çay qaşığı çırpılmış qaymaq əlavə edin və qarışdırmayın." 1993-cü ildə kolleksiyadakı resept belə oldu: "5/10 araq, 3/10 qəhvə likörü və 2/10 çırpılmış krem."
Müasir ABB reseptinə əsasən, çırpılmış deyil, duru qaymaq əlavə edin və sonra ehtiyatla qarışdırın.
Klassik resept belədir;
Amma indiki dövrdə şəraitdən asılı olaraq tərkib də dəyişə bilir.
Ən çox yayılmış növlərində müəyyən miqdarda vodka və ya qəhvə likörü və ya qəhvə likörlərinin qarışığı var. Duru qaymağı içkiyə tökməzdən əvvəl qatılaşdırmaq üçün çalxalamaq da adi haldır. İçki bəzən soyuq günlərdə isti yemək kimi sobanın üstündə isti qəhvə ilə hazırlanır. Əksinə, dondurmaq üçün duru qaymaq deyil vanilli dondurma istifadə olunur.
Kokteyl əsasında əsas maddələrin birində fərqlənən bir sıra kokteyllər yaradılmışdır: