Ağ və ya qumlu yovşan
Ağ yovşan | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ağ yovşan |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Orta Asiyada, Azərbaycanda yayılmışdır.
Hündürlüyü 25-70 sm-ə çatan sıx tükcüklü,bozumtul yaşıl rəngli yarımkolcuqdur.Şırımlı olmayan gövdəsinin aşağı hissəsində yarpaqlar nisbətən xırdadır.Yarpaqları qısa saplaqlı 2-4,5 sm uzunluqda,3-5 mm enindədir.Gövdənin aşağı yarpaqları üçər lələkvari parçalanmış,səbətləri sadə salxımlı,ensiz,süpürgələrdə yığılmışdır.Toxumu 1 mm uzunluğunda,uzunsov konus formalı,kənarı qeyri-bərabər haşiyələnmişdir.Avqust ayında çiçəkləyir,sentyabr ayında toxumları yetişir.
Qumlu təpəciklərdə rast gəlinir.Quraqlığa davamlıdır,torpağa tələbkar deyildir.
Abşeronda dənizkənarı ərazilərdə təbii halda bitir.
Tərkibində efir yağı vardır ki, ondan ətriyyatda və dərman vasitəsi kimi istifadə olunur və əsasən aşağıdakı maddələrdən ibarətdir: 12%-pinen, 23%-kamfen,16%-kamfora,10%-borneol,25%-bornilasetat.