Ağa Əhməd İsazadə

Əhməd İsazadə — əməkdar elm xadimi, sənətşünaslıq elmləri doktoru, professor. Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk musiqişünas-alimdir.[1]

Əhməd İsazadə
Ağa Əhməd İsa oğlu İsazadə
Doğum tarixi (96 yaş)
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Musiqişünas

Həyatı və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1963-cü ildə namizədlik dissertasiyası müdafiə edəndən sonra Ə. Isazadə xalq musiqi janrlarının toplanılması, notlaşdırılması və tədqiqi məsələlərinə ciddi elmi maraq göstərir.[2]

Azərbaycanın bölgələrini gəzib, xalq musiqisi nümunələrini, folklor mahnı və rəqslərini lentə almaq, nota yazmaq , sistemləşdirmək, elmi-nəzəri təhlil etmək kimi məsələlər, demək olar ki, musiqişünaslığın diqqətindən kənarda qalmışdı. Bцyьk sənətkar Bьlbьlьn rəhbərliyi ilə bu sahədə uzun illər uğurlu fəaliyyət göstərən Elmi-Tədqiqat Musiqi Kabineti (ETMK) 1940-cı illərin əvvələrində fəaliyyətini dayandırandan sonra xalq musiqisinin toplanılması və notlaşdırılması işində durğunluq, boşluq yarandı. 1960-cı illərdə Ə. İsazadənin bu sahədə məqsədyönlu işə başlaması və musiqişünasları, bəstəkarları da bu işə cəlb edə bilməsi, tədricən həmin boşluğu aradan qaldırdı. O, 1960-cı illərin ikinci yarısından etibarən Azərbaycanın, demək olar ki, bütün bölgələrinə – Qarabağ (Şuşa, Ağdam, Füzuli, Ağcabədi, Kəlbəcər), Lənkəran, Astara, Masallı, Sabiribad, Salyan, Quba, Dəvəçi, Xaçmaz, Kürdəmir, Göyçay, Şəki, Qax, Şəmkir, Naxçıvan, Şərur və başqa folklor ekspedisiyalarına gedərək, yüzlərlə folklor, nümunələri toplamış, nota yazmış, bölgələrdəki xalq musiqi ifaзıları haqqında dəyərli informasiyalar əldə etmiş, yeni xalq зalğı alətləri nümunələri tapmışdır. 1960–1980-ci illərdə məqsədyönlü şəkildə aparılan folklor ekspedisiyalarının nəticəsində Ə. İsazadə mətbuatda elmi-məlumat xarakterli məqalələrlə çıxış etmiş, orijinal materiallarla oxucuları tanış etmiş, istedadlı və peşəkar xalq musiqiзiləri haqqında elmi-publisist məqalələri ilə onları ictimaiyyətə tanıtmışdır. Toplanmış qiymətli materiallar əsasında Ə. İsazadə ümumittifaq (SSRİ) səviyyəli elmi-tədbirlərdə məruzələr etmiş, elmi nəşrlərdə maraqlı məqalələr dərc etdirmişdir. Alminin bu fəaliyyəti sayəsində institutda folklor arxivi yaranmış, həmin ekspedisiyalardan əldə edilmiş xalq musiqisi nümunələri əsasında Ə. Isazadə bəstəkar Nəriman Məmmədovla birlikdə iki hissədən ibarət "Azərbaycan xalq mahnı və oyun havaları" adlı folklor toplusu tərtib etmiş və bu toplular nəşr olunmuşdur (1975,1984). Məhz institutdakı belə bir fəaliyyət nəticəsində burada müstəqil şöbə – xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsi yaradılmış və Ə. İsazadə şöbəyə müdir seçilmişdir. Başqa sözlə, Ə. İsazadə vaxtilə dahi Üzəyir bəyin, Bülbülün xalq musiqisi nümunələrinin toplanılması və yazıya alınması barədə fikir və tövsiyələrini layiqincə yerinə yetirmişdir. Bu illərdə ekspedisiyalardan əldə edilmiş materiallar əsasında şöbədə irihəcmli fundamental "Azərbaycan xalq musiqisi atası" tərtib edilmiş, xalq musiqimizin janrlar üzrə yayılma arealı müəyyənləşdirilmişdir. Təəssüf ki, 15 ildir bu tədqiqat maliyyə problemləri səbəblərindən nəşr edilə bilmir.

Ə. İsazadə Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk musiqişünas-alimdir. Alim ilk dəfə olaraq, Azərbaycan xalq musiqisinin tarixi, arxeoloji, etnoqrafik mənbələrini, həmçinin orta əsrlərdəki poetik və tətbiqi sənət mənbələrini aşkarlamış, xalq musiqisinin bu mənbələr əsasında tədqiq edilməsinin elmi-metodoloji prinsiplərini mьəyyənləşdirmişdir. Məhz araşdırmaları sayəsində Azərbaycan xalq musiqisinin notlaşdırılması, öyrənilməsi tarixi və bu məsələləin nəzəri aspekti sistemli şəkildə ilk dəfə elmi-musiqişünaslıq həllini tapmışdır. Ə. İsazadənin musiqi mədəniyyəti qarşısında bir xidməti də bundan ibarətdir ki, o, dissertasiyada ilk dəfə Azərbaycan xalq musiqisinin ilk not nümunələrini əldə etmiş və XIX əsrin ikinci yarısında not yazısına salınmış xalq mahnı və rəqs nümunələrimizi tapmışdır. SSRİ və xarici ölkə arxivlərindən əldə edilmiş bu elmi tapıntılar və ümumən müdafiə edilmiş ilk doktorluq dissertasiyası sayəsində müasir musiqi elmimizin mənbə və informasiyaları xeyli zənginləşmişdir .

Ə. İsazadə 30 ildən çox MEA Memarlıq və İncəsənət İnstitutunda xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinə rəhbərlik edib. Bu illər ərzində onun elmi rəhbərliyi və opponentliyi ilə onlarla elmi əsərlər yazılmış, müdafiə edilmiş, zəngin xalq musiqisi irsimizin müxtəlif problemləri, bəstəkar-folklor əlaqələri, milli musiqi təfəkkürünün nəzəri məsələləri öyrənilmiş, məqalə və monoqrafiyalar yazılmışdır.

Alimin rəhbərliyi ilə şöbə tərəfindən 20 il ərzində "Azərbaycan xalq musiqisi antologiyası" oncildliyi tərtib olunmuşdu. Bu, çoxcildli fundamental toplulara xalq musiqisinin bütün janrları daxil edilmişdir. Artıq I cild 2002-ci ildə işıq üzü görmüş və ziyalılar, alim-mütəxəssislər, musiqi ictimaiyyəti tərəfindən müsbət rəylərlə qarşılanmışdır. Ə. İsazadənin 1990-cı illərdə respublika və xarici ölkə jurnallarında dərc etdirdiyi məqalələr də ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.[3]

Kitablar
  • Əhməd İsazadə. Azərbaycan musiqisinin salnaməsi (1920–1932) — Bülbülün yaradıcılığına həsr olunub.
  • Əhməd İsazadə və Nəriman Məmmədov. Azərbaycan xalq mahnıları və oyun havaları. Bakı, 1975.
  • Əhməd İsazadə və Nəriman Məmmədov. Azərbaycan xalq mahnıları və oyun havaları. Bakı, 1984.
  • Azərbaycan xalq musiqisinin antologiyası, 10 cilddə.
Məqalələr
  1. "Azərbaycan bəstəkarları və musiqişünasları ittifaqı - İsazadə Əhməd İsa oğlu". 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-09.
  2. Doktor dərəcəsi almış ilk musiqişünas alim: Folklor musiqimizin izində: [professor Əhməd İsazadə haqqında] //Azadlıq.- 2013.- 14 iyul.- S.14.
  3. "Ariz Abduləliyev. Milli musiqi irsimizin görkəmli tədqiqatçısı. "Musiqi dünyası" jurnalı". 2020-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-09.