Ağa Murad təpəsi

Ağa Murad təpəsiYuxarı Yağlıvənd ilə Qacar kəndləri arasında yerləşən təpə.

Bu ərazi 160 metr hündürlüyü olan qaya və yüksəkliklərdən ibarətdir. Müsbət relyef formalarından olub, ətəyi ilə zirvəsi arasındakı nisbi hündürlüyü 200 metrədək olan yüksəkliyə təpə deyilir. Təpə coğrafi termini ilə əlaqədar Azərbaycan oronimiyasında 4000-dən çox coğrafi ad qeydə alınıb. Toponimin tərkibindəki Ağa Murad sözü şəxs adını bildirir. Deməli, Ağa Murad(bəzən bu sözü Ağamurad şəklində də yazirlar) təpəsi coğrafi adı antroponimik toponimdir.[1]

  1. Nazim Tapdıqoğlu. Füzuli rayonu və onun toponimiyası. Bakı:2006.