Ağabəy Novruzbəyli (tam adı: Ağabəy Oqtay oğlu Novruzbəyli; 23 may 1971, Bakı, Azərbaycan SSR, SSRİ – 27 may 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Ağabəy Novruzbəyli | |
---|---|
Ağabəy Oqtay oğlu Novruzbəyli | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Pirşahı ailə qəbiristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | Oqtay |
Milliyyəti | azərbaycanlı |
Təhsili | M. Əzizbəyov adına Azərbaycan Sənaye Universiteti |
Fəaliyyəti | Tələbə |
Ağabəy Novruzbəyli 23 may 1971-ci ildə Bakı şəhərində anadan olmuş, orta məktəbi elə həmin rayonda bitirmişdir. M. Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin kimya-texnologiya fakültəsində oxuyurdu. Bundan əlavə, tarix ilə də maraqlanırdı. 1905–1920-ci illərin Azərbaycan tarixi ilə daha çox maraqlandırırdı.
Qara Yanvar hadisələrindən sonra müxtəlif rəsmi qurumlara müraciətlər etsə də, bu müraciətlər cavabsız qalmışdır. Bu səbəbdən, 19 may 1990-cı ildə gündüz saat 16 radələrində oxuduğu institutdan gətirdiyi kalium-dixromat zəhəri ilə sui-qəsd etmişdir. Zəhəri qəbul etməzdən öncə son yazısında qeyd etmişdir:
Bağışlayın, əzizlərim, Azərbaycanın azadlığı uğrunda mübarizə aparmağa gücüm çatmadı.
Yaşasın Azad Azərbaycan![2] |
Sui-qəsd etdikdən sonra cəmi 7 gün yaşamış, 27 may 1990-cı il tarixində vəfat etmişdir.
Pirşahı ailə qəbiristanlığında dəfn olunmuşdur.
Bakı şəhəri 46 nömrəli tam orta məktəb Ağabəy Novruzbəyli adınadır.