Ağababa Sadıqov

Ağababa Sadıqov (azərb. Sadıqov Ağababa Hacıbaba oğlu‎; d. 1875, Şamaxı1905, Rusiya) — poruçik, Port Artur müharibəsi iştirakçısı, qəhrəman döyüşçü.

Ağababa Sadıqov
azərb. Sadıqov Ağababa Hacıbaba oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şamaxı
Vəfat tarixi təxminən 1905
Vəfat yeri Rusiya
Hərbi fəaliyyəti
Rütbəsi poruçik

Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmış.[1]

1903-cü ilin əvvəllərində igid poruçik Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci ilin əvvəllərində igid poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara kağız da alınıb.[1]

Tədqiqatçı Şəmistan Nəzirli "General Əli ağa Şixlinski və silahdaşlari" kitabında yazır: "Aleksandr Stepanovun "Port-Artur", P.Larenkonun "Port-Arturun əzablı günləri" və Trofim Borisovun "Portarturçular" romanlarında bir azərbaycanlı soyadına da rast gəlinir – poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Larenkonun 1906-cı ildə Peterburqda nəşr olunmuş "Port-Arturun əzablı günləri" (II cild) sənədli əsərində yaralanmış poruçik Sadıqovun hospitalda müalicə olunduğu vaxtda iki dəfə fotoşəkli də dərc olunub. Döyüşlərdə mətanət və mərdliklə vuruşan poruçik Sadıqov qəhrəmanlıqla həlak olub."[1]

  1. Şəmistan Nəzirli. "Kommunist" qəzeti, 1984, 9 sentyabr.
  2. Şəmistan Nəzirli. "Azərbaycan generalları." Bakı, "Gənclik", 1991.