Ağac kölgəsində

Ağac kölgəsində (pyes)Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. Bu əsərdə yazıçı sosialist inqilabının yaratdığı və yeni insanların ilk bədii surətlərini təsvir edə bilmişdir, lakin ədibə görə köhnə quruluşun əsas ziddiyyəti guya təkcə kəndlilərlə bəy, xan arasında olan ixtilafdır[1].

Ağac kölgəsində

Əbdürrəhimbəy Haqverdiyev də digər məsləkdaşları kimi cəmiyyətin dəyişdirilməsində əsas rolu sənətkarlara, onların yaratdığı əsərlərə verirdi. O, sənətkarlar qarşısında mühüm vəzifələri qoyur və onu vətəndaşlıq qeyrəti ilə, ürəkdən yerinə yetirməyə çağırırdı[1].

"Ağac kölgəsində" (1921) pyesində Mustafa bəylə kasıb kəndli Cəfər kişi arasındakı konflikt həyatın özündəki konfliktdir. Əsərin əsas qəhrəmanlarından müəllim Kərim acı həqiqətləri izləyə-izləyə kənddə nahaq öldürülən yoxsul Cəfər kişinin meyitini mustafabəylərə göstərərək, kinayə ilə deyir:

" Ölməz, qorxma, yuxuya gedib, ayılıb başqa bir dünya görəcək, qisas dünyasıdır. "

1921-ci ildə qələmə alınmış "Ağac kölgəsində" pyesinə illüstrasiya çəkən Xalq rəssamı Yusif Hüseynov yerli bəylə kasıb kəndli arasındakı konfliktin yekununu düşündürücü kompozisiyanın başlıca mövzusu seçmişdir. Budaqdan bir ucu açılmış ipin sallanması və kənd müəllimi Kərimin üzünü camaata tutaraq Cəfərin ölümündə suçlu olanları ittiham etməsi süjetin məna-məzmun daşıyıcılığını təşkil edir. Bir qədər arxada belində xəncər olan Mustafa bəyin qorxmuş vəziyyət almış durumu onun baş verənlərdə günahı olduğunu hiss etməyə imkan verir. Əsər 1960-cı ildə sulu boya ilə ərsəyə gətirilmişdir[2].

  • Mustafa bəy — mülkədar
  • Gülməmməd — onun darğası
  • Ocaqverdi — kəndli
  • Gülpəri — onun qızı, Mustafa bəyin siğəsi
  • Mirzə Kərim — kənd müəllimi
  • Kənd əhalisi, qadınlar, çocuqlar[3]
  1. 1 2 "ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN ƏDƏBİ GÖRÜŞLƏRİ". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-31.
  2. "Magik realizmin gülüş və düşüncə yükü". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-01.
  3. "Əbdürrəhimbəy Haqverdiyev Seçilmiş əsərləri iki cilddə I cild ,"Lider Nəşriyyat" Bakı −2005" (PDF). 2022-05-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]