Ağahüseyn Ağasıyev

Ağahüseyn Ağasıyev (azərb. Ağahüseyn Mirzəhadı oğlu Ağasıyev‎) — Kapitan.

Ağahüseyn Ağasıyev
Ağahüseyn Mirzəhadı oğlu Ağasıyev
Doğum yeri İçəri şəhər
Atası Mirzəhadı Ağasıyev
Fəaliyyəti hərbi qulluqçu

Haqqında[redaktə | mənbəni redaktə et]

Ağahüseyn Ağasıyev İçəri şəhərdə tacir ailəsində anadan olmuşdur. 1919-cu ildə "Hərbiyyə məktəbi"ni bitirən ilk məzunlardan biri idi. 1920-ci ilin əvvəllərində Milli ordunun "Yardım alayı"nda rota komandiri olmuşdur. 1921-ci il avqustun dördündə Nəriman Nərimanovun təşəbbüsü ilə iyirmi səkkiz nəfərdən ibarət Türkiyəyə gedəcək Azərbaycanın səlahiyyətli nümayəndəliyi təşkil olunur. Onların arasındakı altı nəfər hərbiçidən biri də Ağahüseyn Ağasiyevdi. Diplomatik nümayəndəliyin başçısı İbrahim Əbilov təyin olunmuşdu.

Kapitan Ağasiyev əvvəlcə Ankarada səfirliyin hərbi attaşesinin əməkdaşı, sonra isə səfir İbrahim Əbilovun müavini kimi məsul vəzifələrdə çalışmışdır. Qazi Mustafa Kamal Atatürklə görüşmüşdür. l924-cü ildə Tiflisə çağırılan kapitan Ağahüseyn Ağasıyev Surami şəhərindəki hərbi hissəyə komandir təyin edilir. Bir axşam Surami qalası ətrafindakı gözətçi məntəqələrini yoxlayarkən daşnaklar arxadan xəncərlə vuraraq öldürüblər.[1][2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ağahüseyn Ağasıyev". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
  2. Topoqraf - general İbrahim ağa Vəkilov. Müəllif, Nəzirli Şəmistan Əmiraslan oğlu. Nəşriyyat, Zaman. Nəşr yeri, Bakı. Nəşr ili, 2002. ISBN. Səhifə, 296.