Ağakərim Şərifov (teatrşünas)

Ağakərim Şərifov (18991942) — teatr tarixçisi, tədqiqatçı, Azərbaycan Teatr Muzeyinin direktoru.

Ağakərim Şərifov
Doğum tarixi
Vəfat tarixi

Ağakərim Şərifov Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin (1934) yaradıcısı və ilk direktoru olub. O, 1923-cü ildən Teatr Texnikumunda dərs deyib. 1926-cı ildə texnikumun ilk məzunlarının köməyi ilə birinci sərgini açıb. Sərgi Tağıyev teatrının foyesində açılıb və sərginin materialları kimi Sidqi Ruhullanın arxivindən istifadə olunub. Sərgidə Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əziz Şərif iştirak edib. 1927-ci ildə Dövlət Muzeyində Teatr şöbəsi açılıb. 1934-cü ildə isə dövlət teatr muzeyi müstəqil fəaliyyət göstərməyə başlayıb. 1935-ci ildə muzeyə Cəfər Cabbarlının adı verilib. İlk illərdə muzeyin ekspozisiya zalı fəaliyyət göstərib.

Ağakərim Şərifov 1942-ci ilədək muzeyə rəhbərlik edib.