Ağalar Atamoğlanov

Ağalar Rahim oğlu Atamoğlanov (15 aprel 1971) — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri.

Ağalar Atamoğlanov
Şəxsi məlumatlar
Doğum tarixi 15 aprel 1971(1971-04-15) (52 yaş)
Təhsili

Təltifləri "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Ağalar Atamoğlanov 15 aprel 1971-ci ildə doğulub.

Təhsili[redaktə | mənbəni redaktə et]

1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1998-ci ildə Cenevrə şəhərində BMT-nin Beynəlxalq Hüquq Komissiyasında beynəlxalq hüquq üzrə, 1994-cü ildə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə müxtəlif kurslarda, o cümlədən İİR Diplomatik Akademiyasının, 1995-ci ildə isə Pakistan İslam Respublikası Ədliyyə Nazirliyinin kurslarında iştirak etmişdir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2018-2021-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq hüquq və müqavilələr İdarəsinin rəisi vəzifəsində işləmişdir.

16 iyul 2021-ci ildən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışır.

Təltifləri[redaktə | mənbəni redaktə et]

24 iyul 2009-cu ildə Diplomatik Xidmət Orqanlarının 90 illiyi Medalı ilə təltif edilmişdir.

9 iyul 2019-cu ildə Diplomatik Xidmət Orqanlarının 100 illiyi Medalı ilə təltif edilmiş və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Səfirin tərcümeyi - halı". 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]