Ağalar bəy Səfikürdski

Ağalar bəy Ağalar bəy Səfikürdski (1890, Səfikürd, Yelizavetpol qəzası1966, Bakı) — Gəncə Şəhər Dumasının başçısı, həkim.

Ağalar bəy Səfikürdski
15 aprel 1920 – 28 aprel 1920
Şəxsi məlumatlar
Doğum tarixi 1890
Doğum yeri
Vəfat tarixi 1966
Vəfat yeri
Partiya
Təhsili Moskva Universiteti (1917) [1]
Fəaliyyəti həkim
Uşağı

Ağalar bəyin üçüncü oğlu Ağalar bəy 1890-cı ildə Səfikürd obasında doğulub. Gəncə gimnaziyasında təhsilini başa vurduqdan sonra Moskva Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1917-ci ildə universiteti tamamladıqdan sonra Gəncə şəhərində əmək fəaliyyətinə başlamışdı.

15 aprel 1920 tarixində Gəncə Şəhər Dumasının sədri seçilmişdir. Sovet dönəmində Bakı şəhərində 4 nömrəli xəstəxanada baş həkim, Gəncə şəhər Səhiyyə Şöbəsinin müdiri, Semaşko adına xəstəxanada baş həkim, Respublika Səhiyyə nazirliyində idarə rəisi vəzifələrində çalışmışdı.

Ağalar bəy 1966-cı ildə vəfat etmişdir.

Ağalar bəyin Silva xanım və Zülfi xanım adlı qızları vardı.

  1. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-27.