Ağasəməd Əbdülhüseyn oğlu Əlizadə (8 mart 1909, Şamaxı – 1990, Bakı) ― Azərbaycan energetiki, texnika üzrə elmlər doktoru (1948), professor (1949), AMEA-nın müxbir üzvü (1968).[1][2][3]
Ağasəməd Əlizadə | |
---|---|
Ağasəməd Əbdülhüseyn oğlu Əlizadə | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Elmi dərəcəsi | texnika üzrə elmlər doktoru (1948) |
Elmi adı | professor (1949) |
Təhsili | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Üzvlüyü | AMEA (1968) |
Mükafatları |
Ağasəməd Əlizadə 8 mart 1909-cu ildə Şamaxı şəhərində anadan olub. 1931-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib.[1][2][3]
Ağasəməd Əlizadə 1938–1940-cı illərdə SSRİ EA-nın Azərbaycan Filialının çöl ekspedisiyasında ildırım boşalmaları cərəyanının əsas parametrlərini tədqiq edib. O, 1941–1944-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti sədrinin birinci müavini, 1944–1948-ci illərdə isə Azərbaycan SSR xarici işlər nazirinin müavini vəzifələrində çalışıb.[1][2]
Ağasəməd Əlizadə 1948–1950-ci illərdə SSRİ EA Energetika İnstitutunda tədqiqatçı, 1950–1954-cü illərdə böyük elmi işçi, 1954–1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunda kafedra müdiri, 1959–1962-ci illərdə Azərbaycan Energetika İnstitutunda şöbə müdiri, 1962–1980-ci illərdə direktor, İldırım boşalmaları və ildırımdan mühafizə laboratoriyasının müdiri vəzifələrində çalışıb.[1][2][3]
Ağasəməd Əlizadə 1940-cı ildə texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 1949-cu ildə professor elmi adını almış, 1968-ci ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. 220-dən çox elmi əsərin, 6 monoqrafiyanın və 10-dan artıq ixtiranın müəllifidir. Rəhbərliyi altında 20-dən artıq fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. Əsas elmi işləri ildırım hadisələrinə və ondan mühafizənin öyrənilməsinə həsr edilmişdir. Əlizadə respublikanın su və külək enerjisi ehtiyatlarının tədqiqi ilə də məşğul olub.[1][2][3]
Ağasəməd Əlizadə 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib, SSRİ-nin Fəxri energetiki adına layiq görülüb.[1][2][3]