Ağaverdi Xəlil

Ağaverdi Sərxan oğlu Xəlil — filologiya üzrə fəlsəfə doktoru, dosent

Ağaverdi Xəlil

1962-ci il avqust ayının 30-da Kürdəmir rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1979-cu ildə Bakıda orta məktəbi fərqlənmə ilə qurtarmış, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

"Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda paremioloji vahidlərin struktur-semantik təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, "Oğuz eposunda ritual və janrın struktur tipologiyası" mövzusunda doktorluq dissertasiyası yazmışdır. 2001–2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "İntellekt-nəzəri eksperimental laboratoriyası"nın, 2003–2006-cı illərdə AMEA Folklor İnstitutunda "Folklor laboratoriyası"nın, 2007–2011-ci illərdə "Folklor nəzəriyyəsi" şöbəsinin müdiri olmuşdur. 2012-ci ildən "Mərasim folkloru" şöbəsinə rəhbərlik edir.

"Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda ədəbi mətnlər" (2001), "Əski türk savlarının semiotikası" (2006), "Folklor terminləri" (2010), "Türk xalqlarının yaz bayramları və Novruz" (2012) kitablarının, bir sıra tərcümə, toplama və tərtib işlərinin, dərs proqramlarının, 100-dən çox elmi məqalənin müəllifidir. Əksəriyyəti xarici ölkələrdə olmaqla, 60-dan çox Beynəlxalq elmi konfrnsda türk xalqlarının dili, folkloru və ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş məruzələr etmişdir. Əsərləri Azərbaycan və bir sıra türk dilləri ilə yanaşı, rus və ingilis dillərində nəşr olunmuşdur. "İnternet-İntellekt" toplusunu (2001) və "Struktur-semiotik araşdırmalar" (2002) dərgisini nəşrə hazırlamışdır. Türkiyədə çıxan "Motif Akademi" folklor jurnalının Azərbaycan üzrə təmsilçisi və Azərbaycana həsr olunmuş xüsusi saylarının (2011/1;2) redaktorudur. "Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanması, sistemləşdirilməsi və dəyərləndirilməsi layihəsi"nin müəllifi və koordinatoru olmuşdur (2012–2013).

Kazan Dövlət Universitetinin (1986) və Azərbaycan Milli Elmlər Akademiyasının (2012) Fəxri fərmanları ilə təltif olunmuşdur.

Elmi maraq dairəsi: Azərbaycan mədəniyyətinin, dilinin, folklorunun, ədəbiyyatının və ənənəvi xalq sənətlərinin ümumtürk aspektində və dünya mədəniyyətləri ilə əlaqədə tədqiqi; İbtidai mədəniyyətdən gələn ilkin mədəni strukturların, ritualların, oyunların, rəqslərin, musiqinin və sözün transformativ imkanlarının araşdırılması, xalq sənətlərində sintezləşən elementlərin genetik, tipoloji və bədii-poetik xüsusiyyətlərinin təhlili; Azərbaycan xalq yaradıcılığının tarixi-mədəni və folklor-etnoqrafik xüsusiyyətlərini təsviri, tarixi-müqayisəli, struktur, struktur-tipoloji və statistik-distributiv metodlarla təhlili, mədəniyyətdə və sənətdə milli özünəməxsusluğu təşkil edən arxetiplərin aşkarlanması, mədəni təkamülü şərtləndirən və stimullaşdıran sosial-kulturoloji təmayüllərin müəyyənləşdirilməsi üçün nəzəri modellərin qurulması; postfolklor proseslərinin təhlilinin nəzəri-metodoloji əsaslarının hazırlanması; müasir milli mədəniyyət paradiqmasında müşahidə olunan qeyri-maddi mədəni irsin arxaik və klassik nümunələıinin müəyyənləşdirilməsi və mühafizəsinin nəzəri-konseptual aspektlərinin sistemləşdirilməsi və s.

Konfranslardakı məruzələri

[redaktə | mənbəni redaktə et]

1986 1. Abdulla Tukay və Azərbaycan ədəbiyyatı (rus dilində). Ümumittifaq elmi konfrans. Kazan, aprel, 1986 (məruzə tatar dilində "Tatarstan yaşləre" qəzetində nəşr edilib).

1987 2. Əlimcan İbrahimov və Azərbaycan ədəbiyyatı (rus dilində). Ümumittifaq elmi konfrans. Kazan, may, 1987.

1998 3."Divani-lüğət-it türk"də ədəbi mətnlər. Elmi praktik konfrans. Bakı, 1998.

1999 4. Azərbaycan ədəbiyyatı tarixinin təsnifi prinsipləri. Elmi-praktik konfrans. Bakı, 1999.

2000 5. Qloballaşmanın mənəvi perspektivləri. Qlobal sivilizasiya və Şərq dəyərləri. Elmi-praktik konfrans. Bakı, 2000. 6. KDQ-nin mətn yarusları."Dədə Qorqud günü" elmi-praktik konfransı. Bakı, 2000.

2001 7. Ədəbiyyatın semiotik sistemi. Ədəbiyyatşünaslıq iki əsrin qovşağında. Elmi-praktik konfrans. Bakı, 2001.

2002 8. KDQ-də üç yazı mədəniyyəti: "Kitab", "Namə", "Bitik". "Dədə Qorqud günü" elmi-praktik konfransı, Bakı, 9 aprel, 2002.

2003 9. DLT-nin ədəbi konteksti. "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" Uluslararası folklor elmi konfransı. Bakı, 13–14 yanvar, 2003. 10. Şərqi Türküstan və Çində DLT-nin nəşri və tədqiqi problemləri. "Dədə Qorqud günü" elmi-praktik konfransı, Bakı, 9 aprel, 2003. 11. Müstəqillik dövründə mənəvi quruculuq. Prezident Heydər Əliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi-praktik konfrans. Bakı, 7 may, 2003. 12. Aşıq şeirinin semiotik strukturu (statistik-distrubitiv təhlil təcrübəsi). Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş uluslararası folklor elmi konfransı, Bakı, 13–15 noyabr, 2003. 13. Xətai şeirinin semantik xüsusiyyətləri. İran, Urmiya, Uluslararası elmi konfrans. Oktyabr, 2003 (məruzənin tezisləri). 14. Hatayi şiirinin arşetipleri. I. Şah İsmayıl Hatayi Uluslararası Sempoyumu. Türkiye, Ankara, 9–11 Ekim, 2003.

2004 15."Divani-lüğət-it türk"də türkçülük ideyası, Ortaq türk keçmişindən ortaq türk gələcəyinə II Uluslararası Folklor Konfransının Materialları, 17–21 mart, 2004. 16. Orta Çag Oguz Tarihçiliği: Gerçeklik ve Etnik- Sakral Duşuncenin Universal Modelleri. Turkiye, Diyarbakır, Mayis, 2004. 17. K stukturnomu analizu paremioloqiçeskix yedinits kipçakskoqo proisxojdeniya v "Divanu lugat-at turk". Rusiya Federasiyasi, Çerkessk, oktyabr, 2004. 18. O problematike pismennosti i janroqoqo sostava tyurskoqo eposa. Rusiya Federasiyasi, Alabuqa, noyabr,2004. 19. "Kitabi Dede Qorqud"un semiotikası. Qafqaz Universiteti, Bakı, noyabr 2004.

2005 20. Savların mənəvi konteksti. "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" III Uluslararası Folklor Konfransı, Bakı, 2005. 21. Nesimi ve Eski Turk Edebiyatı. Turkiye, Ankara, Haziran, 2005. 22. Göstergi Açısından Hoca Hasretdin Fıkraları. Uluslararası Hoca Nasretdin Semozyumu, Türkiye, Akşehir, Temmuz,2005 23. Küreselleşme ve Milli Folklor, Türkiye, Koceli, Aralık, 2005.

2006 24. Türk Destan Geleneği ve Yazı Kültürü, VI Türk kültür Kongresi. Gazi Antep, 26 Haziran- 2 Temmuz, 2006. 25. Epik mətnin təhlili təcrübəsindən. Dillər Universiteti. Bakı, 2006

2007 26. Çağdaş Azerbaycan Nesri. İstambul, Kültür Universiteti, Agustos, 2007. 27. Arxaik ritualın janra transformasiyasında motiv səviyyəsi ("Kitabi-Dədə Qorqud" eposunun materialları əsasında), "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" V Uluslararası Folklor Konfransının Materialları, Bakı, 2007.

2008 28. Mir Cəlal Paşayevin tədqiqatlarında Füzuli mövzusu. AMEA Milli Ədəbiyyat Tarixi Muzeyi, Aran filialı, Kürdəmir, iyun 2008. 29. Haydar Aliyev ve Füzulinin Edebi Mirası, Ankara, "Yol" Dergisi, Temmuz-Eylul, 2008. 30. Uşaq folkloru: ritual və janrın bəzi praqmatik aspektləri. Qafqaz Universiteti, Bakı, 13–15 noyabr 2008.

2009 31. Тюркская генология как структурная единица Огузского эпоса (на материале тюркских письменных памятников Сельджукской эпохи) . Türkmenistan, Aşkabat, Fevral, 2009. 32. Mir Celal Paşayevin Araştırmalarında Füzuli konusu. Türkiye, Ankara, 17–19 Haziran. 2009. 33. Struktura oquzskoqo eposa. Rusiya Federasiyası, Kazan, 29–30 iyun, 2009. 34. Köroğlu Destanının Tatar-Tobol Versiyonu ve Eski Türk Eposunun Yapısı, Türkiye, Bolu, 16–19 Ekim, 2009

2010 35. "Kitabi Dede Korkud i Derbent: vzaimotnoşeniya epiçeskix traditsii i obşnost duxovnoy kulturı", "Oquzskiy epos "Kitabi Dede Korkud" i Derbent" , Mejdunarodnaya nauçno-praktiçeskaya konferentsiya. Rusiya Federasiyası, Derbent, 13–14 may, 2010. 36. Oğuz Eposunun Ata Sözü Variyantında Göç Konsepti: Arkaik Ritüel ve Sosyal Boyutları, Halk Kültüründe Göç Uluslararası Sempozyumu, Türkiye Cümhuriyyeti, Balıkesir, 27–31 Mayıs,2010. 37. Aşıq yaradıcılığında maddi ilə mənəvinin vəhdəti. Ümumvəhdət fəlsəfəsi və müasir elm. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Bakı, 30–31 mart 2010. 38."Novruz"un strukturu. "Novruz" elmi-praktik konfransı. AMEA Folklor İnstitutu, Bakı, 17 mart

2010. 39. Azərbaycan folklorunda vətənpərvərlik mövzusu. Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş elmi-praktik konfrans. AMEA Folklor İnstitutu, Bakı, 7 may 2010. 40. "Heydər Əliyev və xalq yaradıcılığı". Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən Anım Günü. AMEA Folklor İnstitutu, Bakı, may 2010. 41. Aşıq şeirinin sufi əsasları və müasirlik. Sumqayıt Dövlət Universiteti, Sumqayıt, 2010. 42. Arxaik janrın aşkarlanmasında müqayisəli yanaşmanın bəzi aspektlərinə dair (Qədim türk abidələrinin materialları əsasında), Bakı Slavyan Universiteti, Bakı, oktyabr, 2010. 43. Azərbaycan xalq rəqslərinin bəzi ritual aspektləri.(Tezis) YUNESKO-nun 26-cı Konqresi. Latviya, Riqa, 15 iyul 2010. 44. Azərbaycanın Şirvan Bölgəsinin Geleneksel Doku Sanatının Yöresel Özellikleri, Türkiye, Alanya, 1–4 Kasım, 2010.

2011 45. Azerabaycan Aşik Geleneği ve Ana Hatlarıyla Kadın Aşik Yaratıcılığı, Türkiye, Kocaeli, 26–30 Mayıs, 2011 (ABŞ, İndiana Universitetinin jurnalında nəşr üçün seçilmişdir). 46. Xalq yaradıcılığının performans aspektləri: xalq oyunları və tamaşaları. Bakı, Nizami adına Azərbaycan Milli Ədəbiyyat muzeyi. 2011. 47. Azərbaycan-Avropa folklor əlaqələrinin tədqiqi: problemləri və perspektivləri, "Azərbaycan folkloru Avropa sivilizasiyası kontekstində" Respublika elmi konfransının materialları. Bakı, 21 dekabr, 2011. 48. Türk və fars atalar sözlərində dostluq konsepti. Təbriz, 2011. 49. Azərbayan aşıq şeirində Nuh. Türkiyə, Bəyazid, 2011.

2012 50. Məhsəti Gəncəvi: ədəbiyyatda və ədəbiyyatşünaslıqda, Respublika konfransı, AMEA, Bakı, 2012. 51. Azərbaycan Halk Edebiyatında Ticari Dürüstlük Konsepti. Türkiye, Şanlı Urfa, 26–30 nisan, 2012. 52. Azərbaycan və gürcü atalar sözlərində dostluq konsepti (tezisləri nəşr edilib). Tiflis, aprel, 2012. 53. Nizami Muradoğlunun şeirlərində uşaq dünyası dünya modeli kimi, Qafqaz universiteti, Benəlxalq uşaq ədəbiyyatı konqresi, Bakı, 2012. 54. Bəxtiyar Vahabzadənin "Fəryad" dramında fəryad konsepti, Beynəlxalq Bəxtiyar Vahabzadə konfransı, Bakı, 2012. 55. Qarabağ folkloru: yazılı və şifahi ənənədə. "Qarabağ folkloru:problemlər, perspektivlər" konfransının materialları. Bakı, 25 dekabr, 2012.

2013 56. Dünya xalqlarında mərasim tonqalının tipoloji xüsusiyyətləri: arxaik ritual kontekstində (rus dilində), "Novruz sülh və əminamanlıq bayramıdır" beynəlxalq elmi konfransı. Aşqabat, 20–23 mart, 2013 (məruzənin tezisləri türkmən, rus və ingilis dillərində nəşr edilib). 57. Heydər Əliyev və mərasim mədəniyyətimiz, Heydər Əliyev və Azərbaycan folklorşünaslığı elmi konfransı. Bakı, may, 2012 (məruzə Folklor İnstitutunun saytında yerləşdirilib). 58. Nizami və folklor:yazılı və şifahi ənənənin əlaqəsi kontekstində, "Nizami və folklor" konfransı, Bakı, 2013. 59. Folklorun toplanması təcrübəsi:ənənə və müasirlik. "Folklorun toplanması və sistemləşdirilməsi" Respublika konfransı, Şamaxı, 2013. 60. Kamran Əliyevin araşdırmalarında Cavid romantizmi, "Türk dünyasını aydınladanlar: Mehmet Akif Ersoy və Hüseyn Cavid" Beynəlxalq konfransı, Qafqaz Universiteti, Bakı, 16–19 may, 2013. 61. Azərbaycanın polietnik və polikonfessional reallığı: etnokonfessional tolerantlığın sosial-mədəni əsasları (rus dilində), "Polifoniya və kakafoniya" Beynəlxalq elmi konfransı, Ukrayna Respublikası, Odessa, 11–14 sentyabr, 2013(məqalə Ukraynada çıxan Beynəlxalq "Postfaktum" jurnalının 2013-cü ilin 2-ci sayında nəşr edilib). 62. Oğuz eposunda arxaik ritual və janrın struktur xüsusiyyətləri. "Doğma dillərin və mədəniyyətlərin qorunması və inkişafı" 2-ci Beynəlxalq forumu, Rusiya federasiyası, Tatarstan respublikası, Kazan, 16–19 oktyabr, 2013. 63. Oğuz eposunda sudan keçid arxaik ritualının rudimentləri. "Xalq mədəniyyətində su" Beynəlxalq elmi konfransı, Türkiyə, Tekirdağ, 6–8 noyabr, 2013. 64. Qarabağın mərasim folkloru: problemləri və perspektivləri, "Qarabağ folkloru: problemlər, perspektivlər" Respublika konfransı, Ağcabədi, 15 noyabr, 2013. 65. Mirzə Kazım bəyin qədim ədəbiyyata və mifalogiyaya dair görüşləri: XIX əsr rus orientalist filologiyası kontekstində (rus dilində). "Mirzə Kazım bəyin irsi: ənənə və müasirlik" Beynəlxalq elmi konfrans, Rusiya federasiyası, Tatarstan respublikası, Kazan dövlət universiteti, Kazan, 20–21 noyabr, 2013. 66. Orta əsr oğuz cəmiyyətində dinlərarası əlaqə: Tanrıçılıq və İslam (rus dilində). "Müasir dünyada din. Dünyanın dünyəvi və dini obrazı:tarixi retrospektiv və müasirlik" Beynəlxalq elmi konfrans. Rusiya federasiyası, Vladiqafqaz, 19–20 noyabr, 2013. 67. Azərbaycan xalq nağıllarında arxaik sudan keçid ritualının rudimentləri."Başqırd və türk filologiyasının öyrənilməsi və tədrisi problemləri" Beynəlxalq konfrans, Rusiya federasiyası, Başqırdıstan respublikası, Sterlitamak, 19 dekabr, 2013.