Ağbulaq (Qobustan)

Ağbulaq — Azərbaycan Respublikası Qobustan rayonu ərazisində mineral su bulağı. Ceyrankeçməz çayının dərəsində, Mərəzə qəsəbəsi yaxınlığındadır. Suyu soyuq, kükürdlüdür.

  • Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.175.