Ağca Xan

Ağca xan - türk mifologiyasında əfsanəvi xaqan. Xeyir qüvvələri təmsil edir. Digər adları Ak han (Aq xan)Ağ xandır. (Ağ Ata ilə qarışmaması üçün Ağça xan forması seçilə bilər.) İnsanlığı qorumaqla vəzifələndirilmişdir. Ağ Dağda yaşayır. Ağ bir atı vardır. Doqquz məmləkəti (qitəni) idarə edir. Soylu olan insanların və xaqanların simvoludur. Ağsoylu ifadəsi bu mənada istifadə edilən bir sözdür.

Ağca bəy əfsanəsi[redaktə | mənbəni redaktə et]

Anadoluda qızı sularda boğulan Ağca bəy adlı adamın əfsanələri vardır. Bu adamın Ağ Xan ilə eyni adam olma ehtimalı yüksəkdir çünki motivlər üst-üstə düşməkdədir. Ağca bəy yaylaqlarını Akdağ (Ak / Ağ Qayalar) yaylalarında keçirir. Çox istədiyi halda bir oğlu olmamışdır. Çox gözəl olan tək qızının istəyəni çoxdur, lakin Ağca Bəy kimsəni qızına layiq görməz və baxar ki qızını bəylərdən qurtarmanın yolu yoxdur, ona kişi paltarı geyindidir. Çövkən, güləş, at yarışında kişiləri keçər. Bahar gələndə günün birində sürülərini Akdağa çıxaran bir çoban hər kəsin yuxuya daldığı bədirlənmiş aylı bir gecədə qavalını elə bir çalar ki, qız səsə oyanar. Səsə doğru gedər və görüncə çobana vurular, amma atına atlayıb gedər. Çoban el-el gəzər amma qızı tapa bilməz. Sonrakı il yenə Akdağa gəlir. Qız Çobanın qavalını eşidər-eşitməz atına atlayıb qaval səsinə doğru gedər və çobanın yanına çatar. İllərcə bu belə davam edərkən fırtınalı bir gündə qaval səsini eşidər, atına atlayıb səsə doğru gedir, amma səs hər dəfə müxtəlif yerdən gəlir. Küləyin oyunundan çaşan qız atını bir sağa bir sola sürür. Qaval səsi get-gedə uzaqlaşır. Qız dəliyə dönər və Akdağ təpəsinə yönələr. Bir uçuruma gəldiyinin fərqinə varmadan aşağıya Ağ Çaya (və ya Ağ Gölə) düşər. Çoban da gedər, bir daha heç kim ondan xəbər ala bilməz. Bu əfsanə Anadoluda müxtəlif formalarda, bəzi ad fərqlilikləriylə müxtəlif bölgələrdə izah edilməkdədir. Ak Ata ilə qarışdırılmamalıdır.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Ağ/Ak/Aq) kökündən törəmişdir. Ağmak, axmaq, bəyazlamaq, işıldamaq, yüksəlmək, yuxarı çıxmaq və ya aşağı enmək, yaratmaq kimi mənalar daşıyar. Bakirəlik, günahsızlık məcazi mənanın tərkibində iştirak edər.

Mənbə[redaktə | mənbəni redaktə et]