Ağcabədi Dövlət Rəsm Qalereyası

Ağcabədi Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diqqət və qayğısı sayəsində 03.01.2005-ci il tarixdən Ağcabədi rayon Dövlət Rəsm Qalereyası yaradılıb və həmin gündən fəaliyyətə başlamışdır.[1]

Ağcabədi Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 2005
Yarandığı yer Ağcabədi, Azərbaycan
Fəaliyyət göstərdiyi yer Ağcabədi, Azərbaycan, Ağcabədi,Fizuli küçəsi,39
Sədr Əkbər İsayev

Qalereyanın fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Qalereya 140 m2 kv sahəsi olan 3 otaqdan ibarətdir.Qalereyanın fondunda 160 rəsm əsər vardır. Əsərlərin 38 ədəd Respublika rəssamlarının, 31 ədəd yerli rəssamların, 50 ədəd müvəqqəti kağız üzərində, 9 ədəd taxta üzərində yandırma üsulu ilə, 4 ədəd heykəl, 1 ədəd döymə çikanka, 27 ədəd iplə toxumalar toplanıb Qalereyanın fondunda mühafizə olunur və uçot kitabına qeydiyyata alınmışdır.Qalereyada Rəsm Dərnəyi fəaliyyət göstərir.İl ərzində Qalereyaya fərdi gələnlərin sayı 450 nəfər, ekskursiyaya gələnlər 900 nəfər, Qalereyadan kənarda sərgilərin sayı 56 olmuşdur.Qalereyada 10 nəfər işçi çalışır, 1 nəfər ali, 4 nəfər orta ixtisas, 2 nəfər ümumi orta təhsilli, 1 nəfər fəhlə, 1 nəfər xadimə, 1 nəfər gözətçidir.[2][3]

  1. "AĞCABƏDİDƏ RƏSM QALEREYASI YARADILACAQ". azertag.az. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.03.2021.
  2. "ğcabədi rayon Dövlət Rəsm Qalereyası". agdjabedy.mctgov.az. 2020-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16.03.2021.
  3. "kataloq.cmap.az". kataloq.cmap.az. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.03.2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]