Muzey 1986-cı ilin yanvar ayında fəaliyyətə başlamışdır. Yarandığı zaman fondda təqribən 3000-ə yaxın eksponat olmuşdur. Yarandığı 25 il ərzində muzey eksponatların sayının artması, gələn tamaşaçıların ildən-ilə çoxalması və s. baxımdan işini uğurla davam etdirir. Muzey hazırda tarixi abidə olan, XIX əsrə aid Qarxumlu Əşrəf bəyin evində yerləşir.[2]
Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1986 |
Mövzu | Tarix |
Yerləşir | Ağdaş şəhəri, Heydər Parkı |
Kolleksiyası | 6000 eksponat |
Muzeyə yetişmək | 25°47'59.6"N 86°29'03.8"E [1] |
Telefon | (02023) 5 54 73 |
Muzeyin fondu 2 hissədən olmaqla. əsas və köməkçi fonddan ibarətdir. Əsas fondda məişət və etnoqrafik əşyalar, kağız və fotosənədlər üstünlük təşkil edir.Hal hazırda muzeyin fondunda 6000-ə yaxın eksponat qorunub saxlanır.Muzeydə Ağdaşın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir.[3]
Muzey 2015-ci ildə yeni binaya müasir binaya köçürülmüşdür.[4]
Muzeyin ekspozisiyası isə 7 bölmədən ibarətdir:
Eksponatlar xronoloji qaydada yığılmışdır. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr, Ağdaşın görkəmli şəxiyyətlərinin şəxsi sənətləri və digər eksponatlar nümayiş etdirilir.[5]