Ağdam muğam məktəbi

Ağdamın Xan Şuşinski adına Muğam məktəbi1985-ci ildən fəaliyyətə başlayıb. Yarandığı vaxtdan indiyə kimi məktəbə respublikanın Əməkdar Mədəniyyət İşçisi Rafiq Rüstəmli rəhbərlik edir. R.Rüstəmlinin 1987-ci ildə məktəbin nəzdində təşkil etdiyi "Qarabağ bülbülləri" ansamblı dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir[1].

Ağdam muğam məktəbi
Əsası qoyulub 1985
Ölkə

Muğam məktəbi yüzlərlə sənətkar yetişdirib. Onlardan əməkdar artist Firuz Səxavət, Opera və Balet Teatrının solisti Səbuhi İbayev, Sevinc Sarıyeva, Humay Məmmədova, Ehtiram Hüseynov, Fəqani Əliyev, Cabir İmanov, Ayaz Qasımov, Habil Hacıyev və digərləri republikamızın tanınmış, adlı-sanlı sənətkarlarıdır.[2]

1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra muğam məktəbi Biləcəridəki Q.Abbasov adına 284 saylı orta məktəbdə fəaliyyətini davam etdirir. 7 şöbə üzrə fəaliyyət göstərən məktəbdə təhsil alan 251 şagirdin təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur

  1. ""Qarabağ bülbülləri"nin yaradıcısı kimdir". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-02.
  2. "Oxu, tar!..." 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-02.