Ağgünəş

Argünəş - Azərbaycannın Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində dağ.

Ağgünəş

Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində yerləşən Argünəş dağının hündürlüyü 1468 metrdir. Oronim Ar və günəş sözlərindən düzəlmişdir. Toponimik ədəbiyyatlarda Ərgünəş şəklində təqdim olunan bu oronim belə izah olunur: "yaxınlığındakı dağlardan hündür olmasına və günəş şüası ilk dəfə həmin dağın zirvəsinə düşməsinə görə dağ belə adlanmışdır". Ar sözü "keşikçi, gözətçi"; "quru çay dərəsi" mənaları ilə yanaşı, buryat, yakut və monqol dillərində "qərb, arxa tərəf, şimal, dağın kölgə düşən hissəsi, quzey" da ifadə edir. Qeyd etmək lazımdır ki, Quba rayonu ərazisində yerləşən və hazırda Dolanlar adlanan dağın da əvvəlki adı Argünəş olmuşdur. Bu oronimin coğrafi mövqeyi ikinci izahla üst-üstə düşür. Dolanlar adına gəlincə, dolan qədim fars və tacik dillərində "dağ keçidi", monqol dilində (dalın) "arxa tərəf, yüksəklik, yol" deməkdir. Bu baxımdan Argünəş və Dolanlar oronimləri sinonim hesab oluna bilər. Qırğızıstanda Dolon, Tacikistanda Dolona, Dolonabulak yer adları bu oronimin türk dilləri üçün yad olmadığını sübut edir.

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, 2007.