Ağlı qişa

Ağlı qişa: Gözü kimyəvi təsirlərdən qoruyur, göz almasına forma verir, ön tərəfdə işıq keçirən şəffaf buynuz qişaya keçir.

Ağlı qişa
Eye iris.jpgGöz

Göz almasını örtən sıx ağlı qişa onu mexaniki və kimyəvi zədələrdən qoruyur, gözə yad cisimlər və mikroorqanizimlər düşməyə qoymur. Gözün ön hissəsində bu qişa şəffafdır. Buna buynuz qişa deyilir. Buynuz qişa işıq süalarını sərbəst surətdə içəri buraxır. Ortadakı damarlı qişadan sıx qan damarları şəbəkəsi keçir, bunlar göz almasını qanla təchiz edir. Bu qişanın daxili səthində işıq şüalarını udan nazik boyayıcı maddə — qara piqment qatı vardır.[1]

Gözün ağır dərəcəli kontuziyalarında ağlı qişa subkonyunktival cırılır. Cırılmalar adətən gözün xarici əzələsinin altında lokalizasiya olunur. Belə ki, bu hissədə fibroz qişanın qalınlığı 0,3 mm-dir. Bir sıra insanlarda cırılmalara şlemm kanalının proyeksiya zonasında rast gəlinir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
  2. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.