Ağudi qəbirüstü abidəsi

Ağudi qəbirüstü abidəsi — Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində, Sisyan şəhərindən 5 km məsafədə, Ağudi-Sisyan yolunun kənarında yerləşən abidə.[1]

Ağudi qəbirüstü abidəsi
Ağudi qəbirüstü abidəsi
Yerləşir Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində

Sisian şəhərindən 5 km məsafədə, Ağudi-Sisian yolunun kənarında yerləşir. Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. 1400 ilə yaxın tarixi olan bu nəhəng qəbirüstü abidə indiyədək qalmaqdadır.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ağudi abidəsi üç pilləli, daha doğrusu, üç mərtəbəli quruluşa malikdir.[3]

  • Abidənin birinci mərtəbəsi geniş meydançanı xatırladır. Bu meydançanın altında iki giriş qapısı olan tağvari kiçik mağara diqqəti cəlb edir.
  • İkinci mərtəbə yanlarda dördbucaq şəkilli iki sütundan və ortada səkkizbucaqlı bir sütundan ibarətdir. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdir.
  • Abidənin üçüncü mərtəbəsi gözəl memarlıq quruluşuna malik üç sütundan ibarətdir. Ağudi kəndi Sisian rayonunun ən qədim azərbaycanlı kəndlərindən biri idi. Meydançanın ətrafında kiçik hasara alınmış, uçulub dağılmış qəbir yerlərinin nişanələri son vaxtlara kimi saxlanılmışdı.[4]

Ermənistan parlamentinin qərarı ilə Ağudi kəndinin adı dəyişdirilərək Aqitu qoyulmuşdur.[5] Hazırda ermənilər bu abidəni qədim erməni abidəsi kimi qələmə verməyə çalışırlar. Biz inanırıq ki, bir gün dünya əhalisi, hayların insanlığa, bir millətin mədəni irsinə qarşı törətdiyi bu terrora, vandalizmə son qoymaq üçün ədalətin tərəfində dayanacaq. Belə ehtimal olunur ki, bu üç sütun Müqəddəs Troitsanın (üç müədzinin) ifadəsi kimi dikəldilmişdir[6].

  1. "Ağudi qəbirüstü abidəsi". portal.azertag.az. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  2. "Zəngəzurdan İrəvana qədər dağıdılmış tarix". aqreqator.az. İstifadə tarixi: 19 sentyabr 2023.
  3. "Zəngəzur mədəniyyət abidələri". www.baki-xeber.com. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  4. "Qərbi Azərbaycandakı minlərlə abidəmizi ermənilər dağıdıb". versus.az. İstifadə tarixi: 19 sentyabr 2023.
  5. "Qərbi Azərbaycanda mədəni irs soyqırımı". science.gov.az. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  6. "Ağudi qəbirüstü abidəsi". genderi.org. İstifadə tarixi: 19 sentyabr 2023.[ölü keçid]