Aşıq Ömər

Aşıq Ömər (təq. 1621, Evpatoriyatəq. 1707, Evpatoriya) — türk aşığı.

Aşıq Ömər
Doğum tarixi təq. 1621
Doğum yeri
Vəfat tarixi təq. 1707
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair, müğənni, musiqiçi, söz yazıçısı[d], müğənni-mahnı yazarı
Vikimənbənin loqosu Aşıq Ömər Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aşıq Ömərin həyat və yaradıcılığı ilə əlaqədar geniş bilgi yoxdur. Onun anadan olma və ölüm tarixləri də, harada dünyaya gəldiyi də mübahisəlidir. Bir şerində "Kəndim Gözləvəli, Ömərdir ismim" misrasındakı bu Gözləvə kəndinin Konya vilayətində olduğundan bir sıra ədəbiyyatşünas alimlər onun məhz Konyalı olduğunu yazırlar. Bəziləri isə onun Aydmlı olduğunu irəli sürürlər. "Vatan-ı aslimiz Aydın ilidir" misrasına əsaslananlar da onun Aydın vilayətindən olmasını ehtimal edirlər. Ancaq bu xalq aşığının Konyanın Gözləvə kəndində anadan olduğunu və bir müddət Aydında yaşadığım yazanların fikrilə razılaşmaq olar. Beləliklə də, Aşıq Ömərin təxminən 1651-ci ildə Konyanın Gözləvə kəndində anadan olduğunu söyləmək mümkündür. Tədqiqatçıların yazdığına görə dərin mədrəsə təhsili görməyən Ömər bir yeniçəri kimi uzun müddət orduda, sərhəd istehkamlarında olmuş, müxtəlif yerləri ordu ilə gəzib-dolaşmış, bəzi müharibələrdə iştirak etmişdir. Quranı əzbər bilən bir hafiz kimi mollalıq və dərvişliklə məşğul olmuşdur. Uzun müddət İstanbulda yaşayan Ömər, daha sonralar Bursa, Sakız, Sinop, Bağdad, Varna və Dunay çayı yörələrində, habelə Krımda da müəyyən zamanlarda olubdur. İlk şerlərini "Adli", sonrakıları isə "Ömər" təxəllüsü ilə yazmışdır. O, təxminən 1707-ci ildə vəfat edibdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Saz şairi Ömər öz zəmanəsinin çox tanınmış bir sənətkarı kimi böyük şöhrət qazanmışdır. Öz həmməsləkləri arasında "ustad" sayılan Ömər özündən sonrakı aşıq poeziyasına təsir etməklə qalmamış, o, həmçinin yazılı ədəbiyyatın da bir sıra nümayəndələrinə güclü təsir etmişdir. Öz müasirləri və xələfləri olan aşıqlara təsirindən yeri gəldikdə söhbət açacağıq. Elə buradaca qeyd edək ki, divan şairi Vəhbi ünlü "süxən" rədifli qəsidəsində Aşıq Ömərdən söz açmış, Keçəçizadə İzzət Molla isə onun bir misrasını təzmin etmişdir. Aşıq Ömər zəngin ədəbi irs qoyub getmişdir. Saz şairləri içərisində ən çox əsəri olan Ömərdir. Onun min beş yüzə qədər şeiri zəmanəmizə kimi gəlib çatmışdır. Bunların içərisində çoxlu qoşma, səmai, varsağı, qələndəri, dastan xalq şeri tərzində yazdıqları ilə yanaşı qəzəl, qəsidə, mürəbbe, nət, müxəmməs, müsəddəs kimi yazılı divan ədəbiyyatı şer şəkillərində olanlar da mövcuddur. Deməli, saz şairi həm heca, həm də əruz vəznində əsərlər meydana gətirmişdir. Aşıq Ömər qüdrətli lirik bir sənətkardır. Onun həm ictimai məzmunlu, həm də sevgi, məhəbbət tərənnüm edən çox gözəl, axıcı lirik əsərləri vardır. Onun şeirlər divanı xalqın bütün zümrələri tərəfindən sevilmişdir. Əsərlərinə müsiqi bəstələnmiş, qəhvəxanalarda, zaviyyələrdə sevilə-sevilə ilahilər biçimində oxunmuşdur. Bəzi digər aşıqlar kimi Ömər də divan ədəbiyyatı tərzində əsərlər yazmışdır. Onun nətləri, qəzəlləri, müxəmməsləri, müsəddəsləri və başqa bu tipli şerləri o qədər də güclü alınmamışdır. Bu aşıq-şaır də öz bəzi məsləkdaşları kimi, dövrün gələnəkləıinə uyğun olaraq divan şeri tərzində əsərlər yazsa da, lazımi önəm dərəcəsinə çata bilməmişdir. O, şöhrətini xalq şeri tərzində yazdığı qoşma, səmai və s. heca vəznində olan əsərlərilə qazanmışdır. Aşığın bu tipli şerləri xalq ruhuna uyğun, dilinə görə son dərəcə sadə, ifadə tərzinə görə çox təbii idi. Aşıq Ömərin incə lirik şerləri onun güclü bir el sənətkarı olduğunu isbat edir. Onun səmai və qoşmalarında insanın zərif hiss və həyəcanları necə sənətkarlıqla, anlamlı şer-sənət dili ilə verə bilmək qabiliyyəti özəlliklə də dillər əzbəri olan məşhur "dedim-dedi" qoşmasında aşağıdakı biçimdə, aydın tərzdə özünü göstərməkdədir. Aşıq Ömərin lirik şerləri öz axıcılığı, oynaqlığı, səmimiliyi, anlamlılığı ilə seçilir. Sevgi, məhəbbət onun yaradıcılığının başlıca atributudur. O, sevgili yarını hər şeydən, hətta gündən də, güldən də qısqanır, qoruyur. Sonrakı aşıqların da mövzusuna çevrilən bu qısqanclıqla bağlı şerinin bir bəndində aşiq sevgilisini, hətta özü demişkən "kiçicik" qardaşından da qorumağı, qısqanmağı vacib sayır. Aşıq Ömərin yaradıcılığında sosial-ictimai bəlalar, zəmanədən şikayət, yaşamın ağırlığı da öz əksini tapmaqdadır. Aşıq-şair dövrün ağu şərtlərinə boyun əymək istəmir. Ancaq zəmanə də işini görür. Şair dövranın dəyişməsini, həyatın pərişanlığını tale yazısı ilə bağlayır. Bu pərişanlıq hamını məyus etmişdir. Təəssüflər olsun ki, Ömərin bəzi şerlərində divan ədəbiyyatından alıb işlətdiyi ifadələr az da olsa gözə dəyir. Özəlliklə klassik səpkili əsərlərində bunlar açıq biçimdə görülür. Aşığın bir şerindən aşağıya köçürtdüyümüz bir bənddə dörd izafət təkibinə, habelə ərəb-fars sözlərinə rast gəlinir. Bu sənətkarın dastan janrında yazdığı maraqlı əsərləri də vardır. Yuxarıda aşıq şerinin şəkillərindən danışarkən Ömərin "Hayvanlar destanı" adlı əsərinin də adını çəkmişdik. Saz şairinin bu qəbildən olan "Şairnamə" əsəri həm də tarixi mahiyyət daşıyan maraqlı və qiymətli əsərlərdəndir. Ömər burada özündən öncə yaşamış şairlər və öz müasirləri haqqında mənzum biçimdə bilgi verməkdədir. Düzdür, onun bu şairlərə verdiyi dəyərlərlə razılaşmaq da çətindir. Məsələn, saz şairləri içərisində ən məşhur olanlardan biri kimi tanınan Qaracaoğlandan danışarkən onu zəif bir şair olaraq təqdim edir. Bəlkə də Aşıq Ömər başqa bir Qa-racaoğlandan bəhs etmişdir. Burada "Divan"ı olan şairlərdən danışılırsa, axı Qaracaoğlanın da divanı var. Hər halda Qaracaoğlanı bəyənmir. Ancaq "Şairnamə" dastanı tarixi sənəd kimi dəyərlidir. Burada bir sıra sənətkarlar haqqında bilgi almaq mümkündür. Aşıq Ömər həm də gözəl saz çalırmış, bu sahədə də usta imiş. Bu saz şairi təkcə öz yaşadığı dövrdə məşhur olaraq qalmamışdır, o sonrakı zamanlarda da öz xələfləri içərisində ustad bir sənətkar sayılmış, onun gələnəkləri, sonrakı nəsillərə miras qoyub getdiyi poeziyası Türkiyənin aşıqları üçün nümunə olmuşdur.[1]

  1. Aydın Abi Aydın "Türkiyə ədəbiyyatı tarixi"(müqayisəli) I cild. Bakı: "Təknur", 2010. s. 193–197